|
|
|
|
Bu gün günorta saatlarında Quba rayonu ərazisinə güclü yağış yağıb.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, Quba-Xınalıq yolunun 53-cü km-də güclü sel "Mersedes " markalı avtomaşını yoldan çıxararaq dərəyə aşırıb.
İstirahət üçün Xınalığa gələn Bakı sakinləri son anda avtomobili tərk edə biliblər.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Quba-Xınalıq yolu bir müddət bağlı qalıb. Əraziyə cəlb olunan texnikanın köməkliyi ilə yolda hərəkət yenidən bərpa olunub.