|
|
|
|
"Tərəfimizdən məktəbdaxili qiymətləndirmə ilə bağlı təhlillər aparılıb. Yaxın vaxtlarda bununla bağlı müvafiq qərar qəbul ediləcək".
APA-nın xəbərinə görə, bunu təhsil naziri Ceyhun Bayramov Nazirliyin hesabat tədbirində çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, şagirdlərin dərs və imtahan yükünü azaldacaq yeni məktəbdaxili qiymətləndirmə 2018/2019-cu tədris ilindən tətbiq olunacaq.