https://525.az/img/pics/medium/2024-04/311395_vptuc1dqol.jpg “525-ci qəzet”in 26 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311278_p19wpbj2do.jpg "Məktəblinin dostu": uğurlu təşəbbüs, faydalı addımlar
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2023-04/264913_2ykhis7lo6.jpg 42 illik ömrün ictimai uğurları və şəxsi faciələri - Misir Mərdanov yazır
search
26 Aprel 2024
25 Aprel 2024

Nigeriya ilə oyunda heyəti məşqçi yox, Messi müəyyənləşdirəcək

Nigeriya ilə oyunda heyəti məşqçi yox, Messi müəyyənləşdirəcək

Argentina millisinin DÇ-2018-in üçüncü turunda  Nigeriya yığmasına qarşı heyətini baş məşqçi Xorxe Sampaolinin yox, oyunçuların müəyyənləşdirəcəyi iddia edilib.

Qol.az-ın "Daily Mail"ə istinadən yaydığı xəbərə görə, bu iddia altında Argentina yığması ilə DÇ-1986-nın qalibi olan Rikardo Custi çıxış edib.

O, yığmanın meneceri Xorxe Burruqaço ilə görüşdən sonra bu barədə bildirib: "Oyunçular necə oynamaq istədiklərini özləri seçəcək. Xorxe Sampaoli ehtiyat oyunçular skamyasında oturmaq istəsə, bunu edə bilər. Əgər olmasa, o da problem olmayacaq".

Heyəti komandanın liderləri Lionel Messi və Xavyer Maskeranonun müəyyənləşdirəcəyi gözlənilir.

Qeyd edək ki, DÇ-2018-in ikinci turunda Xorvatiyaya 0:3 hesablı məğlubiyyətdən sonra millinin futbolçularının X.Sampaolini istefaya göndərilməsini istədiyi iddia olunurdu. Futbolçuların köməkçi məşqçilərdən birinin onu əvəzləməsini federasiyadan xahiş etdiyi bildirilirdi. Ancaq Argentina Futbol Federasiyasının prezidenti Klaudio Tapia baş məşqçi ilə yolları ayırmayacaqlarını açıqlayıb.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.