|
|
|
|
Bolqarıstanın BTV telekanalı Ermənistanın Azərbaycana qarşı tacavüzü ilə bağlı obyektiv veriliş hazırlayıb.
“Qarabağ xatirələri” adlı verilişdə təmas xəttində vəziyyət, erməni vəhşiliyi, o cümlədən, Xocalı soyqırımından bəhs olunur, ölkəmizin Dağlıq Qarabağ münaqişəsiylə bağlı ədalətli mövqeyinə diqqət çəkilir.
Verilişin müəllifi İvan Georgiyev Ermənistanın Azərbaycana qarşı təcavüzkarlığının acı nəticələrini hadisənin canlı şahidləri, şəhid valideynlərinin dilindən çatdırır.
Bundan əlavə, münaiqşə ilə bağlı həqiqətlərin dünya mediasına çatdırılmasında Azərbaycanın Milli Qəhrəmanı, hərbi reportyor Çingiz Mustafayevin xidmətlərindən danışılır. Həmçinin, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev və “Real” televiziya kanalının rəhbəri, tanınmış jurnalist Mirşahin Ağayevin fikirləri təqdim olunur.
Xarici İşlər Nazirliyindən “Milli.az”a verilən məlumata görə, 2016-cı ilin aprel hadisələrindən sonra Bolqarıstanın BTV telekanalı Dağlıq Qarabağa gedib.
Azərbaycan Xarici İşlər Nazirliyinin etirazından sonra Azərbaycana çəkiliş qrupu göndərilib. Nəticədə hazırlanan obyektiv verilişə görə, Bolqarıstan erməniləri jurnalistə və televiziyaya qarşı hücuma keçiblər, təhdidlərə başlayıblar.