|
|
|
|
Son 5 ildə Ermənistanın işğal altında saxladığı Azərbaycanın Laçın rayonunda 7 min nəfər məskunlaşdırılıb.
Bu barədə separatçı Dağlıq Qarabağ rejiminin «baş naziri» Ara Artunyan bildirib.
A. Artunyanın sözlərinə görə, Qarabağa ermənilər Ermənistandan və başqa ölkələrdən köçürlər.
Qeyd edək ki, ATƏT-in faktaraşdırıcı missiyası da bir neçə il əvvəl apardığı araşdırma nəticəsində Azərbaycanın işğal altında olan ərazilərdə Ermənistan tərəfindən süni məskunlaşma apardıldığını təsdiqləyib. (APA)