|
|
|
|
Binəqədi rayonu İrəvan Azərbaycan Dövlət Dram Teatrı binasının əsaslı təmiri və yenidənqurulması layihəsinin dəyişikliklərin olunması üçün layihə-smeta sənədlərinin hazırlanması işləri ilə əlaqədar Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin elan etdiyi açıq tenderin qalibi məlum olub.
"APA-Economics"in məlumatına görə, sözügedən tenderdə "projekt Ltd" MMc qalib elan edilib.
İyunun 22-də Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və qalib şirkət arasında dəyəri 49 min 501 manat olan satınalma müqaviləsi imzalanıb.