../img/pics/medium/142071_2u4qlzigan.jpg Fenomenal təfəkkür sahibi
../img/pics/medium/142062_pg2g7ftvli.jpg Üzeyir Hacıbəylinin zəngin elmi irsinin yeni nəşri
../img/pics/medium/142063_a04c2za0y3.jpg Şərəfli yazıçı ömrü
../img/pics/medium/142061_nacp1oolv0.jpg Sən(in) olan şəhər - Şahnaz Şahin
SON XƏBƏRLƏR
19 Sentyabr 2019
18 Sentyabr 2019

Vicdan məsələsi

Vicdan məsələsi<b style="color:red"></b>

Aydın BAĞIROV
[email protected]

Əvvəl komandası “Qarabağ” Sloveniyada “Olimpiya” ilə qarşılaşır, ertəsi səhər tezdən təyyarə onları Bakıya gətirir. Oyunun və səfərin yorğunluğu bir-birinə qarışıb. Bu vəziyyətdə, adətən, hər bir insan necə edər? Ən azı həmin gününü evində, yaşadığı şəhərdə keçirər. Amma görürsən ki, bir gün əvvəl bu adam Bakıdan 3700 km. aralıdakı Lyublyanada idi, komandasının oyununa diqqətlə nəzərət edib lazım olan tapşırıqları verirdi, üstündən heç 20 saat keçməmiş isə o artıq Bakıda da deyil, Qəbələdə idi, bu dəfə stadionda başqa komandanın oyununa eyni diqqətlə baxırdı...

Gedə bilərdi “Neftçi”nin matçına, Bakıda idi.

Bu qızmar temperaturda bizimkilərin Avroliqa oyunlarına lap evində kondisioner altında oturub baxa da bilərdi. Azarkeşin, medianın tənəsinə, qınağına tuş da gəlməyəcəkdi. Amma bunların heç birini etmədi.

Yorğunluğu, bir gün əvvəlki matçın yarada biləcəyi gərginliyi bir kənara qoyaraq Bakıdan uzun yol qət edib Qəbələyə getdi. Getdi, oyunu izləyib və qayıtdı. Futbolçularla bağlı lazım olan qeydlərini də götürdü.

Qurban Qurbanov Qəbələyə təbii ki, “Qarabağ”ın deyil, milli komandanın baş məşqçisi kimi getmişdi.

Bu yerdə bir fakt yada düşür. Milliyə təyinatı rəsmiləşəndən sonra Premyer Liqada elə bir tur olmayıb ki (komandası “Qarabağ”la eyni oyun günü istisna olmaqla) azı bir oyunu stadiona gedərək yerində izləməsin. Millinin hazırkı və ora namizəd futbolçuların oyunlarına canlı baxır, onlarla birbaşa ünsiyyətdə olur.

Ondan əvvəlki əcnəbi məşqçilərin nə etdikləri isə çoxunun yadındadı, yəqin. Ən çox Berti Foqtsun bizim futbola saymazyana münasibəti acı bir xatirə olaraq qalır. Millinin ev oyunları istisna olmaqla  Azərbaycana 1-2 dəfə gələrdi, çempionatın, yerli futbolçuların oyunlarını tələb olunanın heç 5 faizi səviyyəsində də izləməzdi. Amma işin ən təəssüf və təəccüb doğuran tərəfi bu deyildi. O idi ki, bütün bu mənəm-mənəmliyə, azarkeşə, futbol ictimaiyyətinə hörmətsizliyə AFFA-nın o vaxtkı və bugünkü rəhbərliyi nəinki göz yumur, hətta vəziyyətin bu hal almasına şərait yaradırdı. Ortada işə ciddiyyət, can verən futbolumuza nəfəs verib ayağa qaldırmaq istəyi yox idi. İndi də o adamlarda bu istək varmı, yoxmu, hələ də şübhəlidi...

Və o istək olmasa, qaranlıqdan aydınlığa çıxmaq çətin olacaq. İndilikdə isə uzaqdan köz kimi görünsə belə, yalnız bir işıq var. O işığın adı vicdandı.

Qurban Qurbanovun vicdanı...

Qol.az


 
MÜƏLLİFİN DİGƏR YAZILARI
Yüksələn Yüksələn "Qarabağ", enən "Neftçi"... - Aydın Bağırovun yazısı
Dörd oyun, dörd qələbə, on iki xal. Komanda on qol vurub, bir qol belə buraxmayıb....
18.09.19
“Qarabağ” on nəfərlə oynadı - Aydın Bağırov “Qarabağ” on nəfərlə oynadı - Aydın Bağırov
Kiprdəki oyundan iki gün sonra Rəşad Sadıqova telefon söhbətimdə deyəndə ki, sizə uduzduqdan sonra APOEL baş məşqçisini istefaya göndərib və yerinə də bir zamanlar “Borussiya” Dortmundu çalışdıran...
14.08.19
Bizim “Çelsi”... - Aydın Bağırov yazır Bizim “Çelsi”... - Aydın Bağırov yazır
“Arsenal”la “Qarabağ”ın Londonda keçirilən oyunun sonlarında yaşanan təxribat yadınızda qalıb? Bir erməni gənc Dağlıq Qarabağın separatçı rejiminin “bayrağı” ilə meydana daxil olaraq, onu açmağa...
27.05.19
UEFA mötəbər finalı niyə Bakıya saldı? - Aydın Bağırov yazır UEFA mötəbər finalı niyə Bakıya saldı? - Aydın Bağırov yazır
Son günlər Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə əlaqədar mediadakı siyasi müzakirələrdə bir neçə fakt qarşıma çıxmadığı üçün bu məsələyə toxunmalı olacam. Belə görünür ki,...
13.05.19
"Qarabağ"ın Anayasası - Aydın Bağırov yazır
2004-cü ilin ortalarında Tahir Gözəlin iştirakı ilə "Qarabağ" rəhbərliyinin keçirdiyi mətbuat konfransında maraqlı bir hadisə yaşandı....
12.05.19
Bakı finalına 30 min azarkeş gəlir Bakı finalına 30 min azarkeş gəlir
Avroliqanın Bakı finalında (29 may) böyük ehtimalla "Arsenal" və "Çelsi" üz-üzə gələcək. Yəni London derbisi bu dəfə Azərbaycan paytaxtında olacaq. ...
05.05.19
"Ayaks" və biz - Aydın Bağırov yazır
Əvvəlcə bu adlara diqqətlə fikir verək. Coel Veltman 27 yaş, Deyli Blind 29 yaş, Nussair Mazraui 21 yaş, Donni van de Bek 22 yaş və nəhayət, Matteys de Liqt - cəmi 19 yaş və kapitan! ...
19.04.19
Allah vergisi... - Aydın Bağırov yazır Allah vergisi... - Aydın Bağırov yazır
Bəzən futboldan doyanda üz tutduğum başqa bir idman növü olur - peşəkar boks. Futbol qədər olmasa da, hər halda həm populyarlığına, həm də kommersiya gəlirlərinə görə peşəkar boksun döyüşləri...
17.04.19
Qurban Qurbanov getməlidimi?.. Qurban Qurbanov getməlidimi?..
Danışıb tənqid etdik, tənqid etməkdə də davam edirik. Haqlı o qədər məqam var ki... Niyə bu vəziyyətə düşdü "Qarabağ"? Günahkar axtarırıqsa, uzaq məsafədən uşaqcasına qol buraxan qapıçı da...
30.11.18
Maltadan Bakıya qayıdanda... Maltadan Bakıya qayıdanda...
Millimizlə 1:1-lik heç-heçədən sonra Malta millisinin baş məşqçisi Rey Farruciya mətbuat konfransına sevinclə elə daxil oldu ki, sanki onlar bizim timsalımızda zəif komandadan deyil, az əvvəl son dünya...
11.09.18
Dani Kintananın əsaları Dani Kintananın əsaları
Elə ki, hakim oyunun bitdiyini elan etdi, o, oturduğu texniki zonadan qalxaraq hamı kimi meydana - komanda yoldaşlarının üzərinə yürüyüb "Qarabağ"ın Avroliqanın qrupuna düşməsinin sevincini qeyd etmək...
31.08.18
“Qarabağ”a nə olub? “Qarabağ”a nə olub?
Bu sualın cavabına keçməzdən öncə diqqəti üzücü bir statistikaya yönəltmək istərdim. Qurban Qurbanovun rəhbərliyi altında 2009/10 mövsümündən başlayaraq “Qarabağ” qatıldığı 11 avrokubok...
26.08.18
Cənubi koreyalılar haqda... Cənubi koreyalılar haqda...
Moksvanın mərkəzindəki lüks restoranlardan birindəyik. İyunun 13-dü. Bu gözəl məkanda bizi “KİA Motors” şirkətinin nümayəndələri qarşılayır. Və elə bu qarşılanma mənim fikrimi bir anlıq da olsa...
16.07.18
Moskva küçələrindən qeydlər Moskva küçələrindən qeydlər
Əvvəl pasportumu, dünya çempionatı üçün sənədlərimi, sonra məni diqqətlə nəzərdən keçirəndən sonra heç nə olmamış kimi sakit şəkildə deyir: ...
16.06.18
Futbolu ləkələyən qumarbazlar haqda Futbolu ləkələyən qumarbazlar haqda
Oxucuların yadında olar. Bir müddət əvvəl Zlatan İbrahimoviç Rusiyadakı dünya çempionatında oynamaq istədiyini deyəndə FİFA elə titrədi ki, elə bil bunlara neçə min voltluqsa tok qoşublar....
03.05.18
© 2012 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.