|
|
|
|
Bu gün saat 14.30 radələrində Bakının Badamdar qəsəbəsində ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə şaahidlərinin ANS Press-ə verdikləri məlumata görə, “Bəyoğlu“ restoranı yaxınlığında içərisində adam olan "VAZ-2107" markalı avtomobil yanıb.
Hadisə nəticəsində bir nəfər yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Hələlik hadisənin səbəbi və xəsarət alanın şəxsiyyəti bilinmir.