İyulun 10-da Gəncə şəhərində törədilmiş cinayətlərlə bağlı daha 7 nəfər, o cümlədən, axtarışda olan İbrahimov Samir Ramiz oğlu həbs edilib.
Hüquq mühafizə orqanlarından əldə edilmiş məlumata görə, 10 iyul hadisələrinə görə, ümumilikdə 22 nəfər həbs olunub. 1 nəfər bu gün gecə saatlarında Azərbaycan-Gürcüstan sərhədini Qazax rayonu ərazisindən keçmək istəyərkən saxlanılıb.
Eyni zamanda, məlumata görə iyulun 3-də Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin həyatına sui-qəsdlə bağlı ümumilikdə 13 nəfər həbs olunub, 8 nəfər barəsində axtarış elan edilib.