|
|
|
|
Azərbaycan prezidenti İlham Əliyev Prezident yanında Bilik Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalalayıb.
APA-nın məlumatına görə, aşağıdakı şəxslər Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü təyin edilib:
Həsənov Əli Məhəmmədəli oğlu - Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri
Bayramov Ceyhun Əziz oğlu - təhsil naziri
Qarayev Əbülfəs Mürsəl oğlu - mədəniyyət naziri
Rəhimov Azad Arif oğlu - gənclər və idman naziri
Hüseynova Hicran Kamran qızı - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri
Qurbanlı Mübariz Qəhrəman oğlu - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri
Amaşov Əflatun Əhməd oğlu - Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı