https://525.az/img/pics/medium/2024-04/311242_odoc9t9k42.jpg “525-ci qəzet”in 25 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311122_b1hfkgacxz.jpg Birinci siniflərə şagird qəbulu: prioritet tətbiq olunacaq məktəblərin siyahısı açıqlanıb
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2024-04/311123_csv76oo4sq.jpg "Əliağa Vahidin portreti" - "Bir rəsmin dedikləri"
search
24 Aprel 2024

FİFA reytinq siyahısını yeni metodla açıqlayacaq

FİFA reytinq siyahısını yeni metodla açıqlayacaq

FİFA 2 gündən sonra milli komandaların reytinq siyahısını açıqlayacaq.

Apasport.az saytının məlumatına görə, cədvəl bu dəfə yeni metodla hesablanacaq. 

Yeni hesablama sisteminə keçən qurum bunu ilk dəfə tətbiq edəcək. Artıq iyulun 19-da açıqlanacaq reytinqlə bağlı ehtimallar cədvəli də tərtib olunub. 

Bu cədvəl də yeniliklər əsasında qurulub. Lakin yeni metodun ilk dəfə tətbiq olunması üzündən təxminlərlə bağlı müəyyən xətaların olması istisna deyil. 

Rusiyada keçirilən DÇ-2018, həmçinin cədvəlin yeni metodla hesablanması siyahıda azsaylı dəyişikliklərlə nəticələnib. Bunlar Azərbaycan yığmasının mövqeyinə təsir etməyib. 

İyunun 7-dən sonrakı 6 həftəlik hesabat dövründə bir matça çıxan Qurban Qurbanovun yetirmələri Latviyanı 3:1 hesabı ilə məğlub edib. Xal hesabı dəyişməz qalan komandamız 321 xalla təxmini siyahının 105-ci pilləsində qərarlaşıb. Hərçənd, köhnə hesablama metodu ilə xalımız 319-a enməli idi. 

Millimiz və qonşuları

101 (101). Liviya - 336

102 (102). Vyetnam – 334

103 (103). Niger – 323

104 (104). Haiti - 322

105 (105). Azərbaycan – 321

106 (107). Mavritaniya - 304

107 (108). KXDR – 303

107 (108). Mərkəzi Afrika Respublikası – 303

107 (106). Madaqaskar – 303

110 (110). İordaniya - 296 

Təxmini siyahıda dünyanın ən güclü 10 komandasının siyahısında bəzi dəyişikliklər baş verib. Dünya çempionu titulunu qazanan Fransa 3 pilləlik sıçrayışa nail olub. “Onluğ”un tərkibi dəyişməsə də, Argentina 2, Portuqaliya və Polşa 1 pillə geriləyib. Çili isə irəliləyişlə diqqət çəkib. Maraqlıdı ki, təxminlər Almaniya və Braziliyanın ilk iki pillədə qalacağını vəd edir. 

İlk “onluq”

1 (1). Almaniya - 1459

2 (2). Braziliya - 1438

3 (3). Belçika – 1380

4 (7). Fransa – 1313

5 (4). Portuqaliya - 1252

6 (6). İsveçrə - 1202

7 (5). Argentina - 1196

8 (9). Çili – 1136

9 (8). Polşa - 1115

10 (10). İspaniya – 1104 

Millimizin Millətlər Liqasındakı rəqibləri - Kosovo, Farer adaları və Maltanın təxmini siyahıda mövqeləri dəyişməz qalıb. 

Millimizin rəqibləri

90 (90). Farer adaları – 374

141 (141). Kosovo - 197

184 (184). Malta - 65 

Qeyd edək ki, ehtimallara əsasən 1 addım geriləyəcək qonşu Türkiyə millisi 705 xalla 39-cu yerdə qərarlaşıb.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.