Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Şabranda vətəndaşları qəbul edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 27 iyul saat 09:30-da Şabran şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək qəbulda Şabran, Quba, Qusar, Xaçmaz, Siyəzən və Xızı rayonlarının vətəndaşları iştirak edə biləcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected] və [email protected] elektron poçt ünvanları, ETSN-nin 168 saylı “Qaynar xətt”i və Şabran Regional Meşə Mühafizəsi Mərkəzi ilə əlaqə saxlamaları xahiş olunur.