https://525.az/img/pics/medium/2024-04/311395_vptuc1dqol.jpg “525-ci qəzet”in 26 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311278_p19wpbj2do.jpg "Məktəblinin dostu": uğurlu təşəbbüs, faydalı addımlar
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2023-04/264913_2ykhis7lo6.jpg 42 illik ömrün ictimai uğurları və şəxsi faciələri - Misir Mərdanov yazır
search
26 Aprel 2024
25 Aprel 2024

Şəhriyar Məmmədyarova Beynəlxalq Şahmat Turnirinin mükafatı təqdim olundu

Şəhriyar Məmmədyarova Beynəlxalq Şahmat Turnirinin mükafatı təqdim olundu

İsveçrənin Bil şəhərində iyulun 21-dən bəri davam edən Beynəlxalq Şahmat Turnirinə yekun vurulub. Bil Kongres Mərkəzində baş tutan bağlanış mərasimində qaliblərə mükafatlar təqdim olunub.

Trend-in məlumatına görə, tədbirdə çıxış edən Azərbaycanın İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı səfiri Xanım İbrahimova qonaqları salamlayıb və ölkəmizdə olan şahmat ənənəsi və şahmatçılarımızın uğurlarından bəhs edib. O, ölkəmizdə şahmatın qədim tarixə malik olduğunu, müstəqillikdən sonra Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü və yaranmış sosial-iqtisadi problemlərə baxmayaraq bu idman növünün daha da inkişaf etdiyini vurğulayıb.

X.İbrahimova hazırda Azərbaycanda şahmata xüsusi dövlət qayğısının olduğunu və ölkəmizin Beynəlxalq Şahmat Federasiyasına üzv olan 180-ə yaxın ölkə arasında şahmatın inkişaf etdirilməsi üzrə xüsusi Dövlət Proqramı qəbul etmiş yeganə ölkə olduğunu diqqətə çatdırıb.

Səfir Şəhriyar Məmmədyarovun Azərbaycan şahmat məktəbinin yetişdirdiyi dünya səviyyəli şahmatçılarından biri olduğunu bildirib və onu bu əlamətdar qələbə münasibəti ilə təbrik edib.

Daha sonra qaliblərin mükafatladırılması mərasimi baş tutub. Turnirin qalibi Şəhriyar Məmmədyarova mükafat səfir Xanım İbrahimova tərəfindən təqdim olunub.

Qeyd edək ki, Azərbaycan təmsilçisi yarışın başa çatmasına bir tur qalmış şahmat turnirinin qalibi olub. O, yarışın doqquzuncu turunda 57-ci gedişdə ağ fiqurlarla norveçli dünya çempionu Maqnus Karlsen üzərində qələbə qazanıb.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.