https://525.az/img/pics/medium/2024-04/311242_odoc9t9k42.jpg “525-ci qəzet”in 25 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311122_b1hfkgacxz.jpg Birinci siniflərə şagird qəbulu: prioritet tətbiq olunacaq məktəblərin siyahısı açıqlanıb
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2024-04/311123_csv76oo4sq.jpg "Əliağa Vahidin portreti" - "Bir rəsmin dedikləri"
search
24 Aprel 2024

Rəşad Sadıqov: “Belə meydançalarla futbolumuzun inkişafı çox çətin olacaq”

Rəşad Sadıqov: “Belə meydançalarla futbolumuzun inkişafı çox çətin olacaq”

“Qarabağ”ın kapitanı Rəşad Sadıqovun Qol.Az saytına müsahibəsi

“GƏNCƏ STADİONUNDA YAXŞI FUTBOL OYNAMAQ QEYRİ-MÜMKÜNDÜR"

- Premyer Liqanın səkkizinci turunda səfərdə “Kəpəz”in qonağı oldunuz və bir xal itirdiniz. Oyunla bağlı təəssüratların necədir?

- Komandamız pis oynamadı. Yaxşı qol imkanlarımız oldu. Bunlardan istifadə edə bilmədik. Bu amil artıq bizə başağrısı olub.  AZAL-ı çıxmaq şərtiylə bütün oyunlarda xeyli sayda qol imkanı yaratmışıq. Bunları dəyərlləndirə bilməməyimiz xal itkilərinə gətirib çıxarır. “Kəpəz” bizimlə oyuna çox həvəslə çıxmışdı. Yeni baş məşqçinin gəlişindən sonra komandalarında bir canlanma hiss olunur.

- Dəyəsən, meydançanın vəziyyətindən narazı qalmısınız.

- Doğrudanda da, meydança amili əsas problemlərdən hesab edilir. Gəncə stadionun meydançasında yaxşı futbol oynamaq qeyri-mümkündür. Ümid ona qalır ki, rəqibin səhv gözləyəsən. Səviyyəli, sürətli oyun nümayiş etdirmək olmur. 2-3 metrdən dəqiq ötürmə edə bilmirsən. Topu yaxşı saxlamaq çətindir. Belə meydançalarla futbolumuzun inkişafı çox çətindir.

- Hazırda turnir cədvəlinin ikinci pilləsində qərarlaşmısınız. Necə düşünürsən, ən azı mövqeyinizi bir müddət qoruya biləcəksiniz?

- Hazırda çempionat elə məcrada davam edir ki, bir xal da qızıla bərabərdir. Əsas rəqiblərimiz bizdən qabaqda deyil. Təkcə “Simurq” “Qarabağ”ı qabaqlayır. Hələ şükür etməliyik ki, beşinci-altıncı pillədə deyilik. Rəqiblərimiz də çox xal itirəcək. Bundan sonra çempionatın gedişatına aydınlıq gələcək.


“NEFTÇİ"NİN OYUNUNU İZLƏYƏ BİLMƏDİM"

- Dünən Avroliqanın qrup mərhələsində təmsilçimiz “Neftçi” evdə “İnter”lə qarşılaşdı və 1:3 hesabı ilə uduzdu. “Neftçi”dən bu nəticəni gözləyirdin?
 
- Bu qarşılaşmanı izləyə bilmədim. Həmin vaxt biz Gəncədən oyundan qayıdırdıq. Lakin mən “Neftçi”nin məğlub olmayacağını fiikirləşirdim. Ancaq bunu da qəbul etmək lazımdır ki, rəqib güclü “İnter” idi.

- Amma oyundan əvvəl “Neftçi”nin baş məşqçisi və futbolçuları qələbə qazanacaqlarını deyirdi.

- Fikrimcə, qələbə ustalıq səviyyəsi imkan verməyib. Buna görə də “İnter” kimi təcrübəli komandadan xal almağa gücləri çatmayıb.

“KAMRANA MÜTLƏQ OYUN PRAKTİKASI LAZIMDIR"

- Bir məsələyə də münasibətin maraqlı olardı. AFFA prezidenti Rövnəq Abdullayev “Xəzər Lənkəran” klubunun sahibi Mübariz Mənsimova müraciət edərək Kamran Ağayevi komandaya qaytarılmasını xahiş edib.

- Bu, yaxşı haldır. Şəxsən mən də milli komandanın kapitanı kimi “Xəzər Lənkəran” rəhbərliyindən Kamran Ağayevi komandaya qaytarılmasını xahiş edərdim. Hazırda Kamran yığmamızın çox vacib fiqurlarından hesab edilir. Amma nə qədər güclü qapıçı olsa da, ona mütləq oyun praktikası lazımdır.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.