https://525.az/img/pics/medium/2024-04/310725_mwhj16sh30.jpg Ekoloji sağlamlıq ölkəmizdə dövlət siyasəti prioritetidir
https://525.az/img/pics/medium/2024-04/310717_1fivjqvlxn.jpeg Sabiq səfir həqiqətləri açıqlayır
https://525.az/img/pics/medium/2024-04/310692_5abc7kdlc5.jpg “525-ci qəzet”in 20 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2022-11/246659_5sdxtromrh.jpg Millətə xidmətin dəyərli nümunəsi: Abdulla Şaiqin "Türk çələngi"
search
20 Aprel 2024
19 Aprel 2024

Milli komandanın baş məşqçisindən Mehriban Əliyevaya təşəkkür

Milli komandanın baş məşqçisindən Mehriban Əliyevaya təşəkkür

Azərbaycanda gimnastikanın inkişafı Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın adı ilə bağlıdır.

Bunu Trend-ə bədii gimnastika üzrə 25-ci Azərbaycan Çempionatı və Bakı Birinciliyi zamanı bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasileva deyib.

M.Vasileva bildirib: “Bizim üçün yaradılan bütün şəraitə və göstərilən dəstəyə görə Mehriban Əliyevaya dərin təşəkkürümü bildirirəm. Biz gündən-günə inkişaf edirik, irəli addımlayırıq. Bizə özümüzü göstərmək və daha da inkişaf etmək üçün şans verilib. Biz ən yaxşı yarışları təşkil edirik. Bizim milli yarışlarımız dünya çempionatları kimi keçir və təşkilatçılıq səviyyəsinə görə onlardan geri qalmır. Bizdə dünyanın ən yaxşı arenası var. Burada təkcə yarışlar keçirilmir, həm də məşqlər təşkil olunur. Biz demək olar ki, təlim-məşq toplanışlarına getmirik. Əksinə, bizə gəlirlər. İndi burada Misirin gənclərdən ibarət komandası məşq edir, keçən həftə Macarıstan, eləcə də Avstraliya, Latviya gimnastları burada olub. Biz indi Yeni Zelandiya və Meksikadan idmançıları gözləyirik”.

Bədii gimnastika üzrə 25-ci Azərbaycan Çempionatı və Bakı Birinciliyi barədə danışan M.Vasileva qeyd edib ki, yarışda yüzdən çox gimnast iştirak edir:

“Onlar həm fərdi, həm də qrup hərəkətlərində çıxış edir. Qeyd edim ki, gimnastların səviyyəsi və çıxışlarının keyfiyyəti artır”.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.