https://525.az/img/pics/medium/2024-04/311395_vptuc1dqol.jpg “525-ci qəzet”in 26 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311278_p19wpbj2do.jpg "Məktəblinin dostu": uğurlu təşəbbüs, faydalı addımlar
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2023-04/264913_2ykhis7lo6.jpg 42 illik ömrün ictimai uğurları və şəxsi faciələri - Misir Mərdanov yazır
search
25 Aprel 2024

Gəncədə Milli Paralimpiya Komitəsinin bölməsi yaradıldı

REGİONAL TƏSİSATA PARALİMPİYA ÇEMPİONU RAMİL QASIMOV RƏHBƏRLİK EDƏCƏK

Gəncədə Milli Paralimpiya Komitəsinin bölməsi yaradıldı

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin (ARMPK) Gəncə Regional Bölməsinin  fəaliyyətə başlaması münasibətilə Gəncə Gənclər Evində bölgə paralimpiyaçılarının görüşü təşkil olunub.

Görüşdə ARMPK-ın prezidenti İlqar Rəhimov, Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov, əlil uşaqların reabilitasiyası ilə məşğul olan Azərbaycana Birgə Yardım Təşkilatının (UAFA) koordinatoru Rəzalə Abbasova, həmçinin, idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İctimai əsaslarla fəaliyyət göstərərəcək Regional Bölmənin yaradılmasında məqsəd regionlarda paralimpiya hərəkatının sürətli inkişafını, həmçinin, paralimpiya dəyərlərinin cəmiyyət arasında təbliğini gücləndirməkdir. ARMPK-ın prezidenti İlqar Rəhimov çıxışında xatırladıb ki, Azərbaycanda Paralimpiya Hərəkətının əsası 1996-cı ildə qoyulub və bu sahədə böyük uğurlar əldə edilib. Hazırda Azərbaycanda 12 idman növü üzrə minlərlə paralimpiyaçı olduğunu dilə gətirən ARMPK  prezidenti vurğulayıb ki, yeni təsis olunan Regional Bölmə Gəncə də daxil olmaqla Göygöl, Samux, Şəmkir, Daşkəsən, Gədəbəy, Tovuz, Ağstafa və Qazax rayonlarında fəaliyyət göstərəcək.

Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev çıxış edərək ARMPK-nin Gəncə Regional Bölməsinin yaradılmasını əhəmiyyətli addım kimi qiymətləndirib. “Azərbaycanda əlillərin idmana cəlb olunması sahəsində bir sıra işlər görülür və Regional Bölmənin yaradılması da bunlardan  biridir. Əlillər bilməlidirlər ki, dövlət də, cəmiyyət də hər zaman onların yanındadır”-deyə o vurğulayıb.

Paralimpiya çempionu Ramil Qasımov ona göstərilən etimada görə öz minnətdarlığını bildirib və  Gəncə və ətraf bölgələrdən olan əlil gənclərin idmana cəlb edilməsi, onlar arasında xüsusi istedada malik olanların seçilməsi və inkişaf etdirilməsi istiqamətində işlərin genişləndiriləcəyini vurğulayıb. O qeyd edib ki, bu addım həm də əlil gənclərin cəmiyyətə inteqrasiyası baxımından çox qiymətlidir.

Görüşdə regional bölmənin fəaliyyətinin genişləndirilməsi, əlil uşaq və gənclərin idmana cəlb olunması və bu sahədə əldə olunan nəaliyyətlərin daha da artırılması istiqamətində bir sıra təkliflər səsləndirilib.

Zakir Muradov
Gəncə

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.