../img/pics/medium/142071_2u4qlzigan.jpg Fenomenal təfəkkür sahibi
../img/pics/medium/142062_pg2g7ftvli.jpg Üzeyir Hacıbəylinin zəngin elmi irsinin yeni nəşri
../img/pics/medium/142063_a04c2za0y3.jpg Şərəfli yazıçı ömrü
../img/pics/medium/142061_nacp1oolv0.jpg Sən(in) olan şəhər - Şahnaz Şahin
SON XƏBƏRLƏR
19 Sentyabr 2019
18 Sentyabr 2019

“Qarabağ”a nə olub?

“Qarabağ”a nə olub?<b style="color:red"></b>

Aydın BAĞIROV
[email protected]

Bu sualın cavabına keçməzdən öncə diqqəti üzücü bir statistikaya yönəltmək istərdim. Qurban Qurbanovun rəhbərliyi altında 2009/10 mövsümündən başlayaraq “Qarabağ” qatıldığı 11 avrokubok mövsümündə hələlik uğursuz sayıla biləcək dövrünü məhz indi keçirir.

Düzdü, bu mövsüm 7 matçın (6 Çempionlar Liqası, 1 Avroliqa) 5-dəki nəticə (2 qələbə, 3 heç-heçə) hardasa ciddi problemin olmadığı qənaətini yarada bilər, amma alınan 2 məğlubiyyətdən 1-i (BATE) “Qarabağ”ı Çempionlar Liqasından məhrum edib, digəri (“Şerif”) isə komandanı Avroliqadan da kənarlaşdıra bilər ki, belə bir ehtimal hazırda yüksəkdi. Daha bir acınacaqlı fakt isə 7 oyuna cəmi 5 qolun (onlardan 2-si penalti ilə) vurulması ilə bağlıdı (orta hesabla hər oyuna heç 1 qol vurulmayıb). Göstərilən 12 mövsümlük dövrdə “Qarabağ”ın təsnifat mərhələlərində 5 qol vurduğu yalnız 2009/10 və 2015/16 mövsümündə olub (o vaxtlar da bu qollar 7 yox, 6 oyuna vurulub).

Avropanın zəif və BATE-nin timsalında ortabab klubları ilə 7 matçda 5 qolun vurulması bir komanda üçün faciə sayılmasa da, hər halda ciddi problemin göstəricisidi.

“Qarabağ”da əsl hücumçu yoxdu. Daha da pisi odur ki, bu problemlər illərdi ki, həll olunmayıb. Bəlkə də bunun tutarlı səbəbi var. Amma bu, azarkeşi, ictimaiyyəti qətiyyən maraqlandırmır.

Gələk, yeni alınan oyunçulara. Əvvəlki illərdə də təsnifat mərhələlərində futbolçuların bir-birinə uyğunlaşması baxımından çətinlik yaranırdı, amma artıq pley-off-a çatanda bunlar bir çox halda həllini tapırdı. İndi isə belə görünür ki, budəfəki nisbətən yenilənmiş “Qarabağ”da futbolçular arasında bir-birini başa düşməmək kimi problemlər qalmaqdadır. Qurban Qurbanov da BATE məğlubiyyətindən sonra bu fikri təsdiqləyərək bildirmişdi: “Futbolçularımız arasında anlaşma lazımi səviyyədə deyil”.

Bu yerdə sual yaranır ki, belə bir problem doğrudan da varsa, “Qarabağ” Belarusdakı təkrar matçdan 4-5 gün öncə Premyer Liqada “Zirə” ilə görüşü niyə təxirə salır? Nəyə görəsə bənzər addımı Ağdam klubunun avrokuboklardakı rəqibləri atmırlar. Hər halda görünür, Qurban Qurbanov futbolçularına həm istirahət vermək, həm də mümkün zədədən qorumaq üçün “Zirə” ilə görüşü təxirə salmışdı. Amma məhz “Zirə”ylə həmin oyun yeni futbolçuların komandaya uyğunlaşmasına kömək edə bilərdi. Ən azı elə xətlərarası problemləri nisbətən aradan qaldırmaq mənasında. Amma... Necə deyərlər, Çempionlar Liqası artıq əldən gedib.

Biz gələk bu günə, bu günün gerçəkliyinə. Hə, doğrudan da “Qarabağ”a nə olub? Görünən budu ki, klubda şərait əvvəlkitək yerindədi - komanda xarici ölkələrə ənənəvi olaraq çarter reysi ilə gedir, yaxşı otellərdə qalır, təlim-məşq bazası öz yerində, ən vacibi, futbolçuların maaşı, klubun büdcəsi də azaldılmayıb. Ötən il Çempionlar Liqasında iştiraka görə UEFA-dan 16 milyon avro gəlir götürüldüyünü də nəzərə alsaq, büdcənin azaldılmasında heç bir məntiq olmamalıdı. Deməli, maaşı və büdcəsi azaldılan “Qəbələ”dən fərqli olaraq, “Qarabağ”da futbolçularda ruh düşkünlüyü yoxdu. Amma əvvəzində alınan yeni futbolçuların demək olar ki, heç biri hələlik “Qarabağ”a lazımi faydanı verməyib. Son vaxtlar komandanın müdafiə xətti hər nə qədər haqlı tənqid edilsə də, yarımmüdafiə və hücumdakı ciddi problemləri də görməzdən gəlməməliyik.

Almeydanın dövründəki yaradıcı oyun, demək olar ki, yoxdu. Oyun qurucusu kimi alınan bolqar Simeon Slavçev üzərinə düşən işin öhdəsindən, faktiki olaraq, gələ bilmir. Düzdü, 3-4 oyuna görə bir futbolçuya yaxşı, yaxud pis oyunçudu kimi qiymət vermək tez olar. Amma geridə qalan avrokubok matçlarına baxanda onun “Qarabağ”a hələ ciddi faydasının dəymədiyini söyləmək mümkündür. Dərinə gedəndə bənzər sözləri qapıçılar istisna olmaqla digər yeni legionerlər - Zubir, Ozobiç, Delarj, Emeqara barədə də söyləmək olar. Yeri gəlmişkən, “Kukesi” ilə matçda 3 penalti qazanan Emeqara BATE ilə təkrar oyunda ikinci sarı vərəqə alıb meydandan qovulmaqla həm həmin matç, həm də “Şerif”lə dünənki oyun üçün komandasını pis vəziyyətdə qoydu. Bir futbolçunun, xüsusilə də əgər o yeni alınıbsa, komandaya belə zərbə vurmağa haqqı yoxdu. Yəqin ki, Qurban müəllim onunla lazımi profilaktik söhbətləri aparıb. Yoxsa “Qarabağ” hücumda yenə məcburiyyətdən qalacaq gənc və yetərli Avropa təcrübəsi olmayan Mahir Mədətovun ümidinə. O da qolları bir-bir sıralayacaq... “Səbail”lə oyunda.

Yazıya statistika ilə başlamışdıqsa, elə qısa statistika ilə də yekun vuraq. Bu mövsüm avrokuboklar başlayanda Azərbaycan UEFA reytinqində gərək ki, 22-ci yerdəydi. “Qarabağ”ın dünənki məğlubiyyətindən sonra düşdük 26-cı yerə.

Reytinq nisbi anlayışdı deyirlər, amma həm də bir həqiqi göstəricidi. Kimisinin irəli, kimisinin də geri getməsinin göstəricisi. Biz, təəssüf ki, ənənəvi vəziyyətimizə qayıdaraq geri gedirik. Və o sıraya görünür, son illər Avropada uğurları olan (bizim üçün) “Qarabağ” da qoşulur. Ümid edək, “Şerif”lə oyunda hər şey düzələr.

Amma gerçəkliyə qalanda futbolu ümid oynamır.


 
MÜƏLLİFİN DİGƏR YAZILARI
Yüksələn Yüksələn "Qarabağ", enən "Neftçi"... - Aydın Bağırovun yazısı
Dörd oyun, dörd qələbə, on iki xal. Komanda on qol vurub, bir qol belə buraxmayıb....
18.09.19
“Qarabağ” on nəfərlə oynadı - Aydın Bağırov “Qarabağ” on nəfərlə oynadı - Aydın Bağırov
Kiprdəki oyundan iki gün sonra Rəşad Sadıqova telefon söhbətimdə deyəndə ki, sizə uduzduqdan sonra APOEL baş məşqçisini istefaya göndərib və yerinə də bir zamanlar “Borussiya” Dortmundu çalışdıran...
14.08.19
Bizim “Çelsi”... - Aydın Bağırov yazır Bizim “Çelsi”... - Aydın Bağırov yazır
“Arsenal”la “Qarabağ”ın Londonda keçirilən oyunun sonlarında yaşanan təxribat yadınızda qalıb? Bir erməni gənc Dağlıq Qarabağın separatçı rejiminin “bayrağı” ilə meydana daxil olaraq, onu açmağa...
27.05.19
UEFA mötəbər finalı niyə Bakıya saldı? - Aydın Bağırov yazır UEFA mötəbər finalı niyə Bakıya saldı? - Aydın Bağırov yazır
Son günlər Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə əlaqədar mediadakı siyasi müzakirələrdə bir neçə fakt qarşıma çıxmadığı üçün bu məsələyə toxunmalı olacam. Belə görünür ki,...
13.05.19
"Qarabağ"ın Anayasası - Aydın Bağırov yazır
2004-cü ilin ortalarında Tahir Gözəlin iştirakı ilə "Qarabağ" rəhbərliyinin keçirdiyi mətbuat konfransında maraqlı bir hadisə yaşandı....
12.05.19
Bakı finalına 30 min azarkeş gəlir Bakı finalına 30 min azarkeş gəlir
Avroliqanın Bakı finalında (29 may) böyük ehtimalla "Arsenal" və "Çelsi" üz-üzə gələcək. Yəni London derbisi bu dəfə Azərbaycan paytaxtında olacaq. ...
05.05.19
"Ayaks" və biz - Aydın Bağırov yazır
Əvvəlcə bu adlara diqqətlə fikir verək. Coel Veltman 27 yaş, Deyli Blind 29 yaş, Nussair Mazraui 21 yaş, Donni van de Bek 22 yaş və nəhayət, Matteys de Liqt - cəmi 19 yaş və kapitan! ...
19.04.19
Allah vergisi... - Aydın Bağırov yazır Allah vergisi... - Aydın Bağırov yazır
Bəzən futboldan doyanda üz tutduğum başqa bir idman növü olur - peşəkar boks. Futbol qədər olmasa da, hər halda həm populyarlığına, həm də kommersiya gəlirlərinə görə peşəkar boksun döyüşləri...
17.04.19
Qurban Qurbanov getməlidimi?.. Qurban Qurbanov getməlidimi?..
Danışıb tənqid etdik, tənqid etməkdə də davam edirik. Haqlı o qədər məqam var ki... Niyə bu vəziyyətə düşdü "Qarabağ"? Günahkar axtarırıqsa, uzaq məsafədən uşaqcasına qol buraxan qapıçı da...
30.11.18
Maltadan Bakıya qayıdanda... Maltadan Bakıya qayıdanda...
Millimizlə 1:1-lik heç-heçədən sonra Malta millisinin baş məşqçisi Rey Farruciya mətbuat konfransına sevinclə elə daxil oldu ki, sanki onlar bizim timsalımızda zəif komandadan deyil, az əvvəl son dünya...
11.09.18
Dani Kintananın əsaları Dani Kintananın əsaları
Elə ki, hakim oyunun bitdiyini elan etdi, o, oturduğu texniki zonadan qalxaraq hamı kimi meydana - komanda yoldaşlarının üzərinə yürüyüb "Qarabağ"ın Avroliqanın qrupuna düşməsinin sevincini qeyd etmək...
31.08.18
Cənubi koreyalılar haqda... Cənubi koreyalılar haqda...
Moksvanın mərkəzindəki lüks restoranlardan birindəyik. İyunun 13-dü. Bu gözəl məkanda bizi “KİA Motors” şirkətinin nümayəndələri qarşılayır. Və elə bu qarşılanma mənim fikrimi bir anlıq da olsa...
16.07.18
Vicdan məsələsi Vicdan məsələsi
Əvvəl komandası “Qarabağ” Sloveniyada “Olimpiya” ilə qarşılaşır, ertəsi səhər tezdən təyyarə onları Bakıya gətirir. Oyunun və səfərin yorğunluğu bir-birinə qarışıb. Bu vəziyyətdə, adətən,...
13.07.18
Moskva küçələrindən qeydlər Moskva küçələrindən qeydlər
Əvvəl pasportumu, dünya çempionatı üçün sənədlərimi, sonra məni diqqətlə nəzərdən keçirəndən sonra heç nə olmamış kimi sakit şəkildə deyir: ...
16.06.18
Futbolu ləkələyən qumarbazlar haqda Futbolu ləkələyən qumarbazlar haqda
Oxucuların yadında olar. Bir müddət əvvəl Zlatan İbrahimoviç Rusiyadakı dünya çempionatında oynamaq istədiyini deyəndə FİFA elə titrədi ki, elə bil bunlara neçə min voltluqsa tok qoşublar....
03.05.18
© 2012 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.