https://525.az/img/pics/medium/2024-04/311080_ol9pr75s8v.jpg “525-ci qəzet”in 24 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-02/302979_eyl9q05g7v.jpg Kəlbəcərə Zəfər qarı yağdı...
https://525.az/img/pics/medium/2024-04/311032_cdfea1wv7s.jpg Yerdə ulduz olmaq nəyimə lazım
https://525.az/img/pics/medium/2021-10/205780_qmhg2lohsg.jpg Başlığı insanları təbdən çıxaran xəbərlər - Sosial şəbəkədə yazılanlar
search
23 Aprel 2024

Bölgə gəncləri Avropanın idman şəhərini təbliğ edirlər

ONLAR SƏFALI HACIKƏNDDƏ "GƏNCƏ - AVROPANIN İDMAN ŞƏHƏRİ 2019" LAYİHƏSİNİN TƏBLİĞATINA HƏSR OLUNAN YAY DÜŞƏRGƏSİNƏ TOPLAŞIBLAR

Bölgə gəncləri Avropanın idman şəhərini təbliğ edirlər

Bir həftə davam edəcək "Hacıkənd Yay Düşərgəsi - 2018" layihəsi  Gəncə şəhər İcra Hakimiyyəti,  Gənclər və İdman Baş İdarəsi, YAP Gəncə şəhər Təşkilatı, "Gəncə Avropa Gənclər Paytaxtı 2016" İctimai Birliyi və Azərbaycan Skautlar Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə ilə həyata keçirilir.

Düşərgənin açılış mərasimində Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov, YAP Gəncə şəhər Təşkilatının sədri, millət vəkili Naqif Həmzəyev iştirak edib və çıxışlarında layihənin əsas məqsədinin Qərb bölgəsində düşərgə ənənəsini yaşatmaq, gənclərin asudə vaxtlarının və yay istirahətlərinin daha səmərəli təşkilinə kömək ilə yanaşı, Gəncənin 2019-cu il üçün Avropanın İdman Şəhəri seçilməsini ölkə səviyyəsində təbliğ etmək olduğunu vurğulayıblar. Layihəyə 14-29 yaş arası 80 nəfər yaxın gənc və 15 təşkilatçı iştirak qatılıb.

Düşərgə müddətində iştirakçı gənclər "Gəncə - Avropanın İdman Şəhəri 2019" titulu,  turizmin inkişafında gənclərin rolu, sosial biznes, gənclər evləri və yetişməkdə olan nəslə yaradılan imkanlar mövzusunda sessiyalarda iştirak edəcəklər. Əlavə olaraq düşərgə müddətində gənclər topoqrafiya məşğələləri, idman oyunları, yoqa, ilkin tibbi yardım və s. kimi praktiki fəaliyyətlərə cəlb olunacaq, o cümlədən, müxtəlif yürüşlərdə iştirak edəcəklər.

Zakir MURADOV
Gəncə

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.