../img/pics/medium/142071_2u4qlzigan.jpg Fenomenal təfəkkür sahibi
../img/pics/medium/142062_pg2g7ftvli.jpg Üzeyir Hacıbəylinin zəngin elmi irsinin yeni nəşri
../img/pics/medium/142063_a04c2za0y3.jpg Şərəfli yazıçı ömrü
../img/pics/medium/142061_nacp1oolv0.jpg Sən(in) olan şəhər - Şahnaz Şahin
SON XƏBƏRLƏR
19 Sentyabr 2019
18 Sentyabr 2019

Maltadan Bakıya qayıdanda...

Maltadan Bakıya qayıdanda...<b style="color:red"></b>

Aydın BAĞIROV
[email protected]

Millimizlə 1:1-lik heç-heçədən sonra Malta millisinin baş məşqçisi Rey Farruciya mətbuat konfransına sevinclə elə daxil oldu ki, sanki onlar bizim timsalımızda zəif komandadan deyil, az əvvəl son dünya çempionu Fransadan xal alıblar.

Nəticədən xeyli məmnun göründüyünü bir neçə dəfə qeyd etdi. Bəli, Maltanın düşərgəsində bayram idi. Bizdə isə matəm fason bir şey.

Diqqətimi ilk çəkən oyundan sonra stadionda Qara Qarayev oldu. Yaxınlaşıb görüşsə də, danışmaq halında deyildi. Gözünün də içi qıpqırmızı. Mənə elə gəldi ki, o, bu xal itkisinə görə ağlayıb. Bəlkə də yanılıram. Amma yüz faiz bildiyim odu ki, dünən axşam Maltada havada gözə təsir edə biləcək hər hansı virus yox idi. Sonra aeroportda acı bir etirafda bulundu mənə:

- Kənardan baxan elə bilər ki, qəsdən oynamamışıq. Adama möhkəm təsir edir.

Gücüm ona yalançı təsəlli verməyə çatır:

- Keçib gedər, futbolda olur belə şeylər.

Çarəsizcəsinə, “bilmirəm” deyib gözləmə zalına üz tutur.

***

Əslində hamı pis durumda idi. Bütün futbolçular, eləcə də AFFA-nın baş katibi Elxan Məmmədov. Qurban Qurbanova isə gələcəyəm. Bir sözlə, bıçaq vursan, heç birindən qan çıxmazdı. Yadıma Berti Foqtsun dönəmində milli komandamızın Portuqaliyaya səfər oyunundan sonrası düşdü. O zaman da aeroportdaydıq. Amma onda futbolçuların hamısı olmasa da, əksəriyyəti elə şən ab-havada idilər, elə deyib gülürdülər ki, sanki 2-3 saat əvvəl 0:3 uduzan biz yox, elə Ronaldonun komandası olub.

Amma Malta əlbəttə ki, Portuqaliya deyil. Bu komanda ilə matçdakı xal itkisi bizimçün faciə olmasa da, hər halda ciddi bir siqnaldı. Bəli, Qurban Qurbanov millini qəbul etməklə ağır yükün altına girib, nəticəyə, oyuna görə birbaşa cavabdeh də odur. Kosovo, ardınca Maltayla 6 xal deyil, 2 xal qazanmağımızın, daha dəqiqi 4 xal itirməyimizin birbaşa məsuliyyəti Qurban müəllimin üzərindədi. Amma bugün elliklə onun üzərinə necə gediriksə, başqa problemlərə də toxunmalıyıq. Millinin əksər futbolçuları oyun təcrübəsi baxımından pis vəziyyətdədir. Səbəb onsuz da hamıya bəllidi: ölkədə futbol batıb gedir, çempionatda rəqabət demək olar qalmayıb. Bu gün bu ölkənin futbolunun simasını qoruyan, az da olsa ayaqüstə saxlayan “Qarabağ”dı, yəni həm də Qurban Qurbanovdu. Millinin matçlarında da çox yox, müəyyən dərəcədə “Qarabağ”ın oyunçuları fərqlənir. Çünki Avroliqada mübarizəni davam etdirirlər, səviyyəli rəqiblərlə oyun təcrübələri var. Amma onların da son iki qarşılaşmada milliyə ciddi köməkləri dəymədi. Çünki problem fərdlərdə yox, ümumi komandadadı. Qurban Qurbanov, əlbəttə ki, bunu qısa zamanda həll etməlidi. Hələ heç nə itirilməyib. Qrup lideri Kosovo ilə aramızda cəmi 2 xal fərq var. Lakin vaxtımız çox azdı. Tariximizdə ilk dəfə Avropa çempionatının final mərhələsinə düşmək kimi möcüzəvi bir şans əldə etmişik. Ondan mütləq yararlanmalıyıq.

Bəli, Qurban Qurbanov aparmalıdı millini irəli. Amma təkbaşına deyil. Hamının, ən çox da klubların köməyi ilə. Necə? Sadəcə, əsas komandaya hazır futbolçu göndərməklə. Qurban Qurbanov millidəki 5-10 günlük məşqlərlə “ölmüş” futbolçunu “dirildəcək” qədər sehrbaz biri deyil.

***

Gecə Bakı vaxtıyla saat 4, ya 5-di. Təyyarədə çoxusu yuxuya gedib. Amma o, əlində noutbuk 1-2 əsas futbolçusunu yanına çağırır. Malta ilə oyunu təhlil edəcəklər. Gecənin bu saatında...

Berti Foqtsla Robert Prosineçki isə belə vəziyyətlərdə adətən yeddinci yuxuda olardılar.

... Deməli, çox yox, bir balaca ədalətli olmaq lazımdı.

Bir balaca...


 
MÜƏLLİFİN DİGƏR YAZILARI
Yüksələn Yüksələn "Qarabağ", enən "Neftçi"... - Aydın Bağırovun yazısı
Dörd oyun, dörd qələbə, on iki xal. Komanda on qol vurub, bir qol belə buraxmayıb....
18.09.19
“Qarabağ” on nəfərlə oynadı - Aydın Bağırov “Qarabağ” on nəfərlə oynadı - Aydın Bağırov
Kiprdəki oyundan iki gün sonra Rəşad Sadıqova telefon söhbətimdə deyəndə ki, sizə uduzduqdan sonra APOEL baş məşqçisini istefaya göndərib və yerinə də bir zamanlar “Borussiya” Dortmundu çalışdıran...
14.08.19
Bizim “Çelsi”... - Aydın Bağırov yazır Bizim “Çelsi”... - Aydın Bağırov yazır
“Arsenal”la “Qarabağ”ın Londonda keçirilən oyunun sonlarında yaşanan təxribat yadınızda qalıb? Bir erməni gənc Dağlıq Qarabağın separatçı rejiminin “bayrağı” ilə meydana daxil olaraq, onu açmağa...
27.05.19
UEFA mötəbər finalı niyə Bakıya saldı? - Aydın Bağırov yazır UEFA mötəbər finalı niyə Bakıya saldı? - Aydın Bağırov yazır
Son günlər Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə əlaqədar mediadakı siyasi müzakirələrdə bir neçə fakt qarşıma çıxmadığı üçün bu məsələyə toxunmalı olacam. Belə görünür ki,...
13.05.19
"Qarabağ"ın Anayasası - Aydın Bağırov yazır
2004-cü ilin ortalarında Tahir Gözəlin iştirakı ilə "Qarabağ" rəhbərliyinin keçirdiyi mətbuat konfransında maraqlı bir hadisə yaşandı....
12.05.19
Bakı finalına 30 min azarkeş gəlir Bakı finalına 30 min azarkeş gəlir
Avroliqanın Bakı finalında (29 may) böyük ehtimalla "Arsenal" və "Çelsi" üz-üzə gələcək. Yəni London derbisi bu dəfə Azərbaycan paytaxtında olacaq. ...
05.05.19
"Ayaks" və biz - Aydın Bağırov yazır
Əvvəlcə bu adlara diqqətlə fikir verək. Coel Veltman 27 yaş, Deyli Blind 29 yaş, Nussair Mazraui 21 yaş, Donni van de Bek 22 yaş və nəhayət, Matteys de Liqt - cəmi 19 yaş və kapitan! ...
19.04.19
Allah vergisi... - Aydın Bağırov yazır Allah vergisi... - Aydın Bağırov yazır
Bəzən futboldan doyanda üz tutduğum başqa bir idman növü olur - peşəkar boks. Futbol qədər olmasa da, hər halda həm populyarlığına, həm də kommersiya gəlirlərinə görə peşəkar boksun döyüşləri...
17.04.19
Qurban Qurbanov getməlidimi?.. Qurban Qurbanov getməlidimi?..
Danışıb tənqid etdik, tənqid etməkdə də davam edirik. Haqlı o qədər məqam var ki... Niyə bu vəziyyətə düşdü "Qarabağ"? Günahkar axtarırıqsa, uzaq məsafədən uşaqcasına qol buraxan qapıçı da...
30.11.18
Dani Kintananın əsaları Dani Kintananın əsaları
Elə ki, hakim oyunun bitdiyini elan etdi, o, oturduğu texniki zonadan qalxaraq hamı kimi meydana - komanda yoldaşlarının üzərinə yürüyüb "Qarabağ"ın Avroliqanın qrupuna düşməsinin sevincini qeyd etmək...
31.08.18
“Qarabağ”a nə olub? “Qarabağ”a nə olub?
Bu sualın cavabına keçməzdən öncə diqqəti üzücü bir statistikaya yönəltmək istərdim. Qurban Qurbanovun rəhbərliyi altında 2009/10 mövsümündən başlayaraq “Qarabağ” qatıldığı 11 avrokubok...
26.08.18
Cənubi koreyalılar haqda... Cənubi koreyalılar haqda...
Moksvanın mərkəzindəki lüks restoranlardan birindəyik. İyunun 13-dü. Bu gözəl məkanda bizi “KİA Motors” şirkətinin nümayəndələri qarşılayır. Və elə bu qarşılanma mənim fikrimi bir anlıq da olsa...
16.07.18
Vicdan məsələsi Vicdan məsələsi
Əvvəl komandası “Qarabağ” Sloveniyada “Olimpiya” ilə qarşılaşır, ertəsi səhər tezdən təyyarə onları Bakıya gətirir. Oyunun və səfərin yorğunluğu bir-birinə qarışıb. Bu vəziyyətdə, adətən,...
13.07.18
Moskva küçələrindən qeydlər Moskva küçələrindən qeydlər
Əvvəl pasportumu, dünya çempionatı üçün sənədlərimi, sonra məni diqqətlə nəzərdən keçirəndən sonra heç nə olmamış kimi sakit şəkildə deyir: ...
16.06.18
Futbolu ləkələyən qumarbazlar haqda Futbolu ləkələyən qumarbazlar haqda
Oxucuların yadında olar. Bir müddət əvvəl Zlatan İbrahimoviç Rusiyadakı dünya çempionatında oynamaq istədiyini deyəndə FİFA elə titrədi ki, elə bil bunlara neçə min voltluqsa tok qoşublar....
03.05.18
© 2012 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.