https://525.az/img/pics/medium/2024-04/310692_5abc7kdlc5.jpg “525-ci qəzet”in 20 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2022-11/246659_5sdxtromrh.jpg Millətə xidmətin dəyərli nümunəsi: Abdulla Şaiqin "Türk çələngi"
https://525.az/img/pics/medium/2024-04/310544_k4ade02sjo.jpg Estetik əməliyyatlara maraq niyə artır?
https://525.az/img/pics/medium/2024-04/310611_o7476wf05i.jpg “O şəxslər himayədar ailə ola bilməzlər ki...”
search
20 Aprel 2024
19 Aprel 2024

Qırğızıstanda üçüncü Dünya Köçəri Oyunlarının yekunları ilə bağlı mətbuat konfransı

Qırğızıstanda üçüncü Dünya Köçəri Oyunlarının yekunları ilə bağlı mətbuat konfransı

Qırğızıstanın Çolpon-Ata şəhərində üçüncü Dünya Köçəri Oyunlarının yekunları ilə bağlı mətbuat konfransı keçirilib.

AzərTAc xəbər verir ki, Qırğızıstan Baş nazirinin birinci müavini Kubatbek Boronov üçüncü Dünya Köçəri Oyunlarının təşkilatı və keçirilməsi, həmçinin idmançıların və jurnalistlərin işini yüksək qiymətləndirib, tamaşaçılara dəstəyə görə minnətdarlıq edib: “Köçəri Oyunları dünya mətbuatında ən populyar tədbirlərdən hesab edilib. Təşkilatçılar bir neçə əsr əvvəl keçirilən oyunların atmosferini və ruhunu qonaqlara və iştirakçılara çatdıra biliblər, bizim üçün isə əsas budur”.

Qırğızıstan mədəniyyət, informasiya və turizm nazirinin müavini Aynura Temirbekova bildirib ki, Köçəri Oyunlarını dünyanın 60 ölkəsindən 604 jurnalist işıqlandırıb. Bunlardan 177-si tanınmış xarici KİV təmsilçisidir. Oyunlarda gözlədiyimizdən də çox jurnalist iştirak edib.

Mətbuat konfransında bildirilib ki, medal alan idmançıların sayına görə Qırğızıstan birincidir. Belə ki, Qırğızıstanın qazandığı medalların 40-ı qızıl, 30-u gümüş, 30-u isə bürüncdür. Qazaxıstan ikinci yerdə qərarlaşıb və aktivində 69 medal var. Rusiya idmançıları isə 52 medalla üçüncü yerdədir.

Oyunlarda Azərbaycan idmançıları 15 medala layiq görülüb. Güləşçimiz Cəlal Süleymanov qızıl medal qazanıb. Azərbaycan yarışda altı gümüş və səkkiz bürünc medala sahib olub.

Diqqətə çatdırılıb ki, ümumiyyətlə idmançılara 594 medal təqdim olunub. Bunlardan 174-ü qızıl, 173-ü gümüş, 247-si bürünc medallardır.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.