Rusiya Astana prosesi üzrə tərəfdaşları (Türkiyə və İran) ilə birgə bundan sonra da Suriyanın İdlib bölgəsində vəziyyətin həllini danışıqlar vasitəsi ilə axtarmaq niyyətindədir.
Trend-in məlumatına görə, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasiliy Nebenzya bildirib.
V.Nebenzya deyib: "Rusiya İdlib ətrafında vəziyyətin danışıqlar yolu ilə nizamlanması, mülki əhaliyə zərər dəyməməsi üçün digər Astana prosesinin qarant-ölkələri ilə birlikdə böyük səylər göstərib və göstərməyə davam edəcək ".
Daimi nümayəndə əlavə edib ki, optimal həllin tapılması üzrə işlər davam etdiriləcək.
Qeyd edək ki, sentyabrın 17-si Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 15 oktyabr üçün İdlib əyalətində demilitarizasiya zonası yaratmaq barədə razılığa gəliblər.