41 yaşlı rejissor Keri Fukunaqa yeni filmin rejissoru təyin olunub.
Trend-in məlumatına görə, “Əsl detektiv” serialının və “Ceyn Eyr” filminin rejissoru Fukunaqa bu ilin avqust ayında vəzifəsini tərk etmiş Denni Boylu əvəz edir.
Ceyms Bond haqqında 25-ci film 2019-cu ilin mart ayında başlayacaq.
Baş rolda Deniel Kreyqin çəkiləcəyi gözlənilir.
Filmin dünya premyerası 14 fevral 2020-ci il tarixində baş tutacaq.