Biz rusiyalı turistlərin Azərbaycana səfərlərinin təşkili üçün turpaketlərin yaradılmasında maraqlıyıq.
Trend-in məlumatına görə, bunu 9-cu Rusiya-Azərbaycan Regionlararası Forumu çərçivəsində keçirilən “Turizm sahəsində əməkdaşlığın inkişafı” mövzusunda dəyirmi masa zamanı Rusiya Federal Turizm Agentliyinin rəhbəri Oleq Safonov deyib.