|
|
|
|
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yaşıllıqların məhv edilməsi ilə bağlı Nazirlər Kabinetinə müraciət edib.
Trend-in məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.
F.Əliyevin sözlərinə görə, müraciətin səbəbi yaşıllıqların məhv edilməsi ilə bağlı cərimələrin 5 dəfə artırılmasıdır:
"Yaxın vaxtlarda qərar barədə mediada məlumat olacaq".
Nazir müavini qeyd edib ki, son 10 ildə "Azərlandşaft" ASC tərəfindən Abşeron yarımadası və magistral yolların kənarında 5.4 milyon ağac əkilib:
"Bu proses davam edəcək. Bakı-Qazax, Ələt-Astara, Bakı-Qusar istiqamətində işlər həyata keçiriləcək".