Burax, bundan belə sevda dediyin
Nədisə, qoy film, dizi danışsın.
Mən adda nə dəli oğlanı dinsin,
Sən adda nə mələk qızı danışsın.
***
Yetəcək əlinə nə xoş, əllərim,
İllər həsrətlisi, naxoş əllərim.
Hər yandan üzülən bomboş əllərim
Tanrı ətəyinə qayıdan kimi
Mən sənin yanına qayıdacağam...
***
Gəl də gör şəstini xatirələrin;
Yapmışam büstünü xatirələrin.
Toz basıb üstünü xatirələrin,
Adını yazmışam tozun üstünə...
***
Mən paşa saxladım, paşa könlümü,
Daim tutsalar da daşa könlümü.
Sındır, sən də sındır şüşə könlümü,
Sınmaqdan yanadı şüşələr, qadın...
***
Bitəcək beş-altı qarışda yolum,
Bu uzun, bu yorğun qarışqa yolum.
Bir ayrı yerim yox, bir başqa yolum,
Hələ sən yıxdığın evdə qalıram...
ŞEİRLƏRİN TAM VERSİYASINI "525-Cİ QƏZET"İN BUFƏDƏKİ ŞƏNBƏ SAYINDAN OXUYA BİLƏRSİNİZ