https://525.az/img/pics/medium/2024-03/308150_yc5hpb9d20.jpg “525-ci qəzet”in 28 mart sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-03/308122_a91v586ywx.jpg "Dayanıqlı inkişafın yeni dövrü: yaşıl transformasiya və iqlim maliyyələşdirilməsi"
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2024-03/308068_abzgiptskq.jpg Elmi axtarışlarda keçən ömür: professor Nizami Xudiyev
search
28 Mart 2024
27 Mart 2024

Nurməhəmmədov Meyvezeri döyüşə çağırdı

Nurməhəmmədov Meyvezeri döyüşə çağırdı

Yüngül çəkidə rusiyalı UFC çempionu Həbib Nurməhəmmədov amerikalı boksçu Floyd Meyvezeri rinqə dəvət edib.

“Report” xəbər verir ki, dəvət boks meneceri Decuan Bleykin "İnstagram" səhifəsində paylaşılıb.

"Gəl, Floyd! Mən döyüşməyə hazıram. Sənin 50 qələbən mənim 27 qalibiyyətimə qarşı", - deyə, Nurməhəmmədov bildirib, lakin bununla belə, qarşılaşmanın hansı qaydalar çərçivəsində olacağını açıqlamayıb.

"Bu cəngəlliklərdə yalnız bir kral var, o da, əlbəttə ki, mənəm", - deyə, o bildirib və əlavə edib ki, Meyvezer Makqreqoru rinqdə təslim edə bilməyib, mən isə bunu asanlıqla etdim.

Xatırladaq ki, Nurməhəmədov oktyabrın 7-də iki çəki dərəcəsi üzrə irlandiyalı sabiq UFC çempionu Konor Makqreqora boğucu fəndlə qalib gəlib. Meyvezer isə Konoru texniki nokautla məğlub edib.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.