https://525.az/img/pics/medium/2024-04/311278_p19wpbj2do.jpg "Məktəblinin dostu": uğurlu təşəbbüs, faydalı addımlar
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2023-04/264913_2ykhis7lo6.jpg 42 illik ömrün ictimai uğurları və şəxsi faciələri - Misir Mərdanov yazır
https://525.az/img/pics/medium/2024-04/311276_uky9bje22g.jpg "Şeirin taleyi haqqında son hökm oxucunundur..."
search
25 Aprel 2024

Azad Rəhimov Avropa Şurası idman nazirlərinin toplantısında

Azad Rəhimov Avropa Şurası idman nazirlərinin toplantısında

Oktyabrın 15-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində Avropa Şurası İdman Nazirlərinin 15-ci toplantısı öz işinə başlayıb.

Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, tədbir "İdmanda insan haqlarının qorunması: Öhdəliklər və məsuliyyətin bölünməsi" mövzusunda keçirilir.

320-dən çox xarici qonağın iştirak etdiyi toplantıda Azərbaycanı gənclər və idman naziri Azad Rəhimov təmsil edir.

Tədbirdə idmançıların hüquqlarının qorunması, dopinqdən istifadənin qarşısının alınması, ictimaiyyətin hər bir təbəqəsindən olan vətəndaşların idmanla aktiv məşğul olmaları üçün daha geniş imkanların yaradılması diqqət mərkəzində olub.
 
Bununla yanaşı, idmanda insan haqlarının müdafiəsi, məsuliyyət və ümumi öhdəliklər, idmanda korrupsiyaya qarşı mübarizə və fəaliyyətin aktivləşdirilməsi müzakirə olunan əsas məsələlər mövzular sırasında yer alıb.

Qeyd edək ki, konfransın açılışında Avropa Şurasının baş katibinin müavini Qabriela Battaini-Dragoni, Gürcüstanın baş naziri Mamuka Baxtadze, Xorvatiyanın idmana dair mərkəzi dövlət ofisinin rəhbəri Yanica Kostelic, Avropa Olimpiya Komitəsinin prezidenti Janez Kocşiyancic və digər rəsmilər iştirak edib.

C.ABASOV

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.