|
|
|
|
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycan Televiziyası ilə birgə yeni layihəsinə başlayıb.
Belə ki, bu aydan etibarən tamaşaçılar Azərbaycan Televiziyasının efirində "Multikulturalizm" adlı yeni televiziya verilişini izləyəcəklər.
Verilişin ilk buraxılışı oktyabrın 17-də yayımlanıb. Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktor əvəzi Rəvan Həsənovun qonaq qismində qatıldığı verilişdə multikulturalizmin tarixi və mahiyyəti, Azərbaycan multikulturalizm modeli haqda fikir mübadiləsi aparılıb. Eləcə də qonaqlar Azərbaycanın multikultural dəyərlərinin, tolerantlıq ənənələrinin təbliği və təşviqi ilə əlaqədar bu günə qədər görülən və gələcəkdə görüləcək işlərin əhəmiyyətindən söz açıblar.
Qeyd edək ki, yeni telelayihənin məsləhətçisi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdulla, müəllif və aparıcısı isə BBMM-in əməkdaşı, telejurnalist Billurə Aslanqızıdır.
Şahanə MÜŞFİQ