İsrail Qəzza ilə buraxılış məntəqələrinin işini bərpa edib.
Trend-in məlumatına görə, ölkənin müdafi nazirliyi "Erez" və "Kərəm-Şalom" NBM-lərini insanların keçidi və yüklərin daşınması üçün sərhəddə yaranan gərginliyin azalması ilə əlaqədar açıb.
Qeyd edək ki, dörd gün əvvəl sözü gedən məntəqələr Fələstin tərəfindən açılan atəş səbəbindən bağlanmışdı.