İtaliya Avropa İttifaqı (Aİ) və Avrozonadan çıxmaq niyyətində deyil.
Trend-in məlumatına görə, bunu İtaliyanın baş naziri Cüzeppe Konte Romada keçirilən mətbuat konfransında deyib.
Baş nazir fikirlərini ingilis dilində ifadə edib: "Qulaqlarınızı açıb eşidin, İtaliya Aİ və Avrozonadan çıxmayacaq. "Italexit" olmayacaq".