Azərbaycanda sahibkarlığın inkişafı və rəqabətqabiliyyətli mühitin yaradılması üzrə kompleks işlər aparılır.
Trend-in məlumatına görə, bunu “BakuBuild” sərgisinin açılışı zamanı Azərbaycan iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.
O bildirib ki, ölkədə investisiyalar üçün əlverişli şərait yaradılıb:
“Azərbaycan qeyri-neft sektoruna investisiyaları artırıb. Hazırda ölkə özünü tikinti materialları ilə təmin edir, “BakuBuild” sərgisində “Made in Azerbaijan” brendi altında Azərbaycan şirkətləri təmsil olunacaq”.