Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransaya səfərə gedib.
Bu barədə 525.az-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, E.Məmmədyarovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Paris şəhərində keçiriləcək I Dünya müharibəsinin bitməsinin Yüzillik Mərasimi və Sülh üzrə Paris Forumunda iştirak edəcək.