Türkiyədə hərbi bazada partlayış nəticəsində azı 25 nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinə istinadən "Habertürk" məlumat yayıb.
Bildirilir ki, partlayışdan sonra itkin düşmüş daha 7 nəfərin axtarışları davam etdirilir.
Hadisə Hakkari yaşayış məntəqəsində baş verib.
Telekanalın məlumatına görə, partlayışa "yararsız döyüş sursatları" səbəb olub.