Fransa və ABŞ tarixi müttəfiqlərdir, lakin müttəfiq olmaq, vassal olmaq demək deyil.
Trend-in məlumatına görə, bu sözlər Fransa Prezidenti Emmanuel Makron deyib.
"ABŞ bizim tarixi müttəfiqimizdir və müttəfiqimiz olaraq da qalır. Lakin müttəfiq olmaq, vassal olmaq demək deyil. Biz onlardan asılı olmamalıyıq", - deyə Makron Paris və Vaşinqton arasındakı münasibətlərin vəziyyətini şərh edərkən bildirib.
Makron ABŞ prezidenti Donald Trampın "Twitter"də onun ünvanına yazdığı tənqidlərə isə münasibət bildirmək istəməyib:
"Mən tvitlərə cavab vermək fikrində deyiləm və düşünmürəm ki, Fransa xalqı bunu məndən gözləyir".
O qeyd edib ki, "müttəfiqlər bir-birlərinə hörmətlə yanaşmalıdırlar.
"Böyük anlarda biz müttəfiq olmuşuq. Biz hər gün Suriya, İraq və Afrikada terrorçuluğa qarşı mübarizə aparmaq barədə birlikdə öhdəlik götürmüşük. Bizim əsgərlərimiz hər gün birgə hərəkət edirlər", - deyə, Makron bildirib.