https://525.az/img/pics/medium/2024-04/310940_g7iz93metw.jpg Tariximizdən bir yarpaq: İrəvan xanı Hüseynəli xanın naxçıvanlılara məktubu
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Tarixin faciəli və ibrətamiz əhvalatları - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2024-04/310967_lsdo93d0o6.jpg “525-ci qəzet”in 23 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/309185_chrxwtr5q2.jpg Döyüş nə vaxt başladı? - Rəvan Cavid yazır
search
23 Aprel 2024
22 Aprel 2024

Futbol qaydalarına dəyişikliklər təklif olundu

Futbol qaydalarına dəyişikliklər təklif olundu

Oyun qaydalarının tətbiqi və tənzimlənməsi ilə məşğul olan Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) təklif olunan dəyişiklikləri dərc edib.

Trend-in məlumatına görə, qurum 4 dəyişikliyi təklif edir:

1) Əvəzlənən oyunçular meydanı ən yaxın yan xətdən və ya üzbəüz xətdən tərk etməlidirlər;

2) Penalti zərbəsi yerinə yetirildiyi zaman qapıçı qapı xətti üzərində bir ayağını saxlaya bilər (Hazırkı qaydaya əsasən, hər iki ayaq xətt üzərində olmalıdır);

3) Komandalar rəsmi şəxslərinin həddini aşan davranışları üzündən sarı və ya qırmızı vərəqə ala bilərlər;

4) Sərbəst zərbə zamanı cərimə meydançası daxilində topla oynamaq olar.

Bundan başqa, oyunsonrası penaltilərin yerinə yetirilməsi qaydasındakı dəyişiklikdən - komandaların qeyri-növbəlilik (AB-BA sxemi) üsulu ilə zərbə vurmalarından imtina qərarı verilib.

Eyni zamanda, razılığa gəlinib ki, cərimə meydançası daxilində topun ələ dəyməsinin qarşılığında hansı hallarda penalti, hansı hallarda isə davam qərarı verilməsi daha ətraflı yazılsın.

Yekun qərar gələn ilin martında qəbul olunacaq. Hazırda göstərilən bəndlər tövsiyə xarakteri daşıyır.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.