../img/pics/medium/142071_2u4qlzigan.jpg Fenomenal təfəkkür sahibi
../img/pics/medium/142062_pg2g7ftvli.jpg Üzeyir Hacıbəylinin zəngin elmi irsinin yeni nəşri
../img/pics/medium/142063_a04c2za0y3.jpg Şərəfli yazıçı ömrü
../img/pics/medium/142061_nacp1oolv0.jpg Sən(in) olan şəhər - Şahnaz Şahin
SON XƏBƏRLƏR
19 Sentyabr 2019
18 Sentyabr 2019

Qurban Qurbanov getməlidimi?..

Qurban Qurbanov getməlidimi?..<b style="color:red"></b>

Aydın BAĞIROV
[email protected]

Danışıb tənqid etdik, tənqid etməkdə də davam edirik. Haqlı o qədər məqam var ki... Niyə bu vəziyyətə düşdü "Qarabağ"? Günahkar axtarırıqsa, uzaq məsafədən uşaqcasına qol buraxan qapıçı da günahkardı, bir Naninin qarşısında aciz qalan komandanın tən yarısı da.
 
Bəs, Qurban Qurbanov?..

Səhvlərdən danışırıqsa, birinci ünvan, şübhəsiz ki, odu. Vaxtında lazımi səviyyəli futbolçular alınsaydı, bu il transfer siyasətində ciddi səhvlərə yol verilməsəydi, "Sportinq"ə 1:6 hesablı biabırçı məğlubiyyət olmazdı, ola bilməzdi. Legionerin nazı ilə oynamaq bahasına olsa belə, səviyyəli oyunçular saxlanılmalı idi komandada, saxlanılmadı. İlin əvvəlində yüksək formada olan hücumçu Dino Ndlovu onun könlü Çin klubundadı deyə satılmamalı idi. Emosional qərar verilərək satıldı. Özü də bilə-bilə ki, bizimkilərin bu gün belə bir hücumçu alması çətindi. Biz legionerdən nə gözləyirik? Yaxşı oyunmu, yoxsa Azərbaycana, Qarabağa özümüzdən biri kimi torpaq, vətən sevgisimi, sədaqətmi? Dino yaxşı oynayırdı, amma sadəqətli olmaya bilərdi. Əcnəbidən komandaya sədaqət gözləməzlər. Onlar "Qarabağ"a Ağdam, Şuşa sevgisinə görə yox, məhz pul qazanmağa gəlirlər. Bu gün 100 minə Azərbaycanda oynayırsa, sabah da Ermənistanda 150 minə oynayar və bu, təəccüblü də olmaz.

***

Dinodan danışırıqsa, Almeyda, Pedro və Şehiçdən də danışmalıyıq. Almeyda öz xoşuyla getdi, amma Pedro və Şehiçi məhz Qurban Qurbanov göndərdi. Pedronun oyunundan tam razı olmadığını Qurban müəllim özü şəxsi söhbətdə mənə söyləmişdi. Deməli, onun göndərilməsində pulla yanaşı bu amil də az rol oynamamışdı. Çoxlarına görə, Pedro və Şehiç "Qarabağ"da saxlanılmalı idi. Qalsaydılar, belə olmayacaqdı deyə düşünürük. Amma bu komandanın daxilinə, futbolçuya Qurban müəllimdən yaxşı bələd ikinci bir adam yoxdu. Sırf buna görə onun üzərinə çox gedilməsi də haqsızlıq olar. İstənilən halda bu futbolçuların gedişindən sonra komandaya gətirilən legionerlər gözlənilənlərin heç 20 faizini vermədi. Mövcud bazar şərtlərində çox ucuz qiymətə, gərək ki, 300-400 min avro civarında alınan hücumçu Emeqara isə "ucuz ətin şorbası olmaz" fikrini bir daha öz mənasız oyunçu keyfiyyəti ilə təsdiqlədi.

Hə, ən birinci səhv transfer siyasətində buraxıldı. Ya klub normal büdcə ayırmadı, əgər ayırdısa da, "Qarabağ"ın skautlarının budəfəki seçimləri uğursuz oldu. Və digər vacib problem - Qurban Qurbanovun eyni zamanda millidə çalışmasının da artıq "Qarabağ"ın əleyhinə işlədiyini uşaqdan böyüyə hamı görməyə başlayıb.

***

"Sportinq" məğlubiyyəti həqiqətən "Qarabağ"ın rəhbərliyi və məşqçi heyəti üçün ciddi bir siqnal olmalıdı. Komanda qara zolağa düşüb və yaxın vaxtda oradan çıxması üçün tədbirlər görülməlidi. Ən azı bu qış transfer pəncərəsində heç olmasa ortabab hücumçu alınmalıdı. Daha Emeqara kimi vaxtı bitmiş oyunçu deyil. Çünki Çempionlar Liqasında və Avroliqa qrupda oynayan komandanın ikinci mərkəz hücumçusunun olmaması, sadəcə olaraq, "Qarabağ"ın qazandığı müsbət imici korlayır, onun uğur qazanmasına da mane olur və olacaq da.

Uğur olmayanda isə azarkeş narazı qalır, nəticə tələb edir. Heç nəyə soyuq başla yanaşmır. Fərqinə də varmır ki, əslində bu gün faciə baş verməyib. "Qarabağ" dünyada nəticə və oyun baxımdan böhran keçirən ilk və sonuncu klub deyil. Bu günün özündə belə hətta "Real Madrid", "Manşester Yunayted", "Bavariya" kimi klublar yaxşı dövrünü keçirmir. Heyətində nə qədər ulduz var. Hələ pullarını, azarkeşlərini demirik. Qurban Qurbanov və komandası uzun illər, davamlı olaraq ölkə futbolunun lideri və xaricdəki layiqli elçisi ünvanını daşıyırdı. Amma uzun illər təxminən eyni heyətlə oynayanda fiziki, mənəvi və psixoloji yorğunluğun yaranması qaçılmaz idi. Bu proses əvvəl-axır baş verəcəkdi və bu mövsüm baş verdi də. Amma təəssüf ki, nə klub, nə azarkeşlərimiz, nə mediamız, bir sözlə, futbol ictimaiyyətimiz əslində bu proses hazır deyildi. Hamıya yanlış olaraq elə gəlirdi ki, "Qarabağ" əzəmətini əbədi olaraq qoruyacaq. Amma belə şey olmur, ola da bilməz. Nağıl dünyasında yaşamayaq. Futbolda uğurla uğursuzluq həmişə qoşa addımlayıb. Qurban Qurbanov isə robot deyil, ətdən-sümükdən insandı. Bəli, işində səhv edib, bəlkə də bundan sonra da edəcək. Sənin kimi, mənim kimi, hamımız kimi. Amma bu ölkədə heç kimin Qurban Qurbanovu "Qarabağ"dan istefaya səsləməyə sadəcə olaraq mənəvi haqqı çatmır. Heç kimin... Çünki bizim bu iyrənc futbol mühitimizdə bu komandanı indiyədək yaşadan "Qarabağ"ın sponsor-rəhbərliyi olubsa, yaradan və qoruyan məhz Qurban Qurbanov olub. Bu gün "Qarabağ"a azarkeşlik edənlərin mütləq əksəriyyəti bu komandanı Qurban Qurbanova görə tanıyıb, rəğbət bəsləyib və sevib.

Amma bir gün o vaxt da gələcək ki, Qurban Qurbabov "Qarabağ"dan gedəcək. Amma necə gəlmişdisə, elə gedəcək. Şərəflə, ləyaqətlə...

Qol.az


 
MÜƏLLİFİN DİGƏR YAZILARI
Yüksələn Yüksələn "Qarabağ", enən "Neftçi"... - Aydın Bağırovun yazısı
Dörd oyun, dörd qələbə, on iki xal. Komanda on qol vurub, bir qol belə buraxmayıb....
18.09.19
“Qarabağ” on nəfərlə oynadı - Aydın Bağırov “Qarabağ” on nəfərlə oynadı - Aydın Bağırov
Kiprdəki oyundan iki gün sonra Rəşad Sadıqova telefon söhbətimdə deyəndə ki, sizə uduzduqdan sonra APOEL baş məşqçisini istefaya göndərib və yerinə də bir zamanlar “Borussiya” Dortmundu çalışdıran...
14.08.19
Bizim “Çelsi”... - Aydın Bağırov yazır Bizim “Çelsi”... - Aydın Bağırov yazır
“Arsenal”la “Qarabağ”ın Londonda keçirilən oyunun sonlarında yaşanan təxribat yadınızda qalıb? Bir erməni gənc Dağlıq Qarabağın separatçı rejiminin “bayrağı” ilə meydana daxil olaraq, onu açmağa...
27.05.19
UEFA mötəbər finalı niyə Bakıya saldı? - Aydın Bağırov yazır UEFA mötəbər finalı niyə Bakıya saldı? - Aydın Bağırov yazır
Son günlər Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə əlaqədar mediadakı siyasi müzakirələrdə bir neçə fakt qarşıma çıxmadığı üçün bu məsələyə toxunmalı olacam. Belə görünür ki,...
13.05.19
"Qarabağ"ın Anayasası - Aydın Bağırov yazır
2004-cü ilin ortalarında Tahir Gözəlin iştirakı ilə "Qarabağ" rəhbərliyinin keçirdiyi mətbuat konfransında maraqlı bir hadisə yaşandı....
12.05.19
Bakı finalına 30 min azarkeş gəlir Bakı finalına 30 min azarkeş gəlir
Avroliqanın Bakı finalında (29 may) böyük ehtimalla "Arsenal" və "Çelsi" üz-üzə gələcək. Yəni London derbisi bu dəfə Azərbaycan paytaxtında olacaq. ...
05.05.19
"Ayaks" və biz - Aydın Bağırov yazır
Əvvəlcə bu adlara diqqətlə fikir verək. Coel Veltman 27 yaş, Deyli Blind 29 yaş, Nussair Mazraui 21 yaş, Donni van de Bek 22 yaş və nəhayət, Matteys de Liqt - cəmi 19 yaş və kapitan! ...
19.04.19
Allah vergisi... - Aydın Bağırov yazır Allah vergisi... - Aydın Bağırov yazır
Bəzən futboldan doyanda üz tutduğum başqa bir idman növü olur - peşəkar boks. Futbol qədər olmasa da, hər halda həm populyarlığına, həm də kommersiya gəlirlərinə görə peşəkar boksun döyüşləri...
17.04.19
Maltadan Bakıya qayıdanda... Maltadan Bakıya qayıdanda...
Millimizlə 1:1-lik heç-heçədən sonra Malta millisinin baş məşqçisi Rey Farruciya mətbuat konfransına sevinclə elə daxil oldu ki, sanki onlar bizim timsalımızda zəif komandadan deyil, az əvvəl son dünya...
11.09.18
Dani Kintananın əsaları Dani Kintananın əsaları
Elə ki, hakim oyunun bitdiyini elan etdi, o, oturduğu texniki zonadan qalxaraq hamı kimi meydana - komanda yoldaşlarının üzərinə yürüyüb "Qarabağ"ın Avroliqanın qrupuna düşməsinin sevincini qeyd etmək...
31.08.18
“Qarabağ”a nə olub? “Qarabağ”a nə olub?
Bu sualın cavabına keçməzdən öncə diqqəti üzücü bir statistikaya yönəltmək istərdim. Qurban Qurbanovun rəhbərliyi altında 2009/10 mövsümündən başlayaraq “Qarabağ” qatıldığı 11 avrokubok...
26.08.18
Cənubi koreyalılar haqda... Cənubi koreyalılar haqda...
Moksvanın mərkəzindəki lüks restoranlardan birindəyik. İyunun 13-dü. Bu gözəl məkanda bizi “KİA Motors” şirkətinin nümayəndələri qarşılayır. Və elə bu qarşılanma mənim fikrimi bir anlıq da olsa...
16.07.18
Vicdan məsələsi Vicdan məsələsi
Əvvəl komandası “Qarabağ” Sloveniyada “Olimpiya” ilə qarşılaşır, ertəsi səhər tezdən təyyarə onları Bakıya gətirir. Oyunun və səfərin yorğunluğu bir-birinə qarışıb. Bu vəziyyətdə, adətən,...
13.07.18
Moskva küçələrindən qeydlər Moskva küçələrindən qeydlər
Əvvəl pasportumu, dünya çempionatı üçün sənədlərimi, sonra məni diqqətlə nəzərdən keçirəndən sonra heç nə olmamış kimi sakit şəkildə deyir: ...
16.06.18
Futbolu ləkələyən qumarbazlar haqda Futbolu ləkələyən qumarbazlar haqda
Oxucuların yadında olar. Bir müddət əvvəl Zlatan İbrahimoviç Rusiyadakı dünya çempionatında oynamaq istədiyini deyəndə FİFA elə titrədi ki, elə bil bunlara neçə min voltluqsa tok qoşublar....
03.05.18
© 2012 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.