https://525.az/img/pics/medium/2024-04/310725_mwhj16sh30.jpg Ekoloji sağlamlıq ölkəmizdə dövlət siyasəti prioritetidir
https://525.az/img/pics/medium/2024-04/310717_1fivjqvlxn.jpeg Sabiq səfir həqiqətləri açıqlayır
https://525.az/img/pics/medium/2024-04/310692_5abc7kdlc5.jpg “525-ci qəzet”in 20 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2022-11/246659_5sdxtromrh.jpg Millətə xidmətin dəyərli nümunəsi: Abdulla Şaiqin "Türk çələngi"
search
20 Aprel 2024
19 Aprel 2024

“Qızıl top”un sahibi bəlli oldu: Nə Messi, nə Ronaldo

“Qızıl top”un sahibi bəlli oldu: Nə Messi, nə Ronaldo

Xorvatiya millisinin və "Real Madrid"in hücumçusu Luka Modriç 753 xalla "Qızıl top"un sahibi olub.

525.az-ın məlumatına görə, ulduz futbolçu bu mükafata namizəd olan 30 nəfər arasından seçilib.

Mükafat L.Modriçə Fransanın paytaxtı Parisdə keçirilən mərasimdə təqdim edilib.

İkinci yerdə 476 xalla "Yuventus"un futbolçusu Kristiano Ronaldo, üçüncü yerdə 414 xalla "Atletiko Madrid"in oyunçusu Antuan Qrizman qərarlaşıb. "Barselona"nın hücumçusu Lionel Messi isə son 12 ildə ilk dəfə üçlükdən kənarda qalaraq beşinci olub.

Modriç bu il Rusiyada baş tutan dünya çempionatının gümüş mükafatçısı, Çempionlar Liqasının qalibi olub.

İlin ən yaxşı gənc futbolçusu adını isə Fransa millisi və PSJ-nin hücumçusu Kilian Mbappe qazanıb.

İlk dəfə təqdim edilən ilin ən yaxşı qadın futbolçusu "Qızıl top" mükafatına isə Norveç millisi və Fransanın "Lion" klubunun hücumçusu Ada Hegerberq layiq görülüb.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.