|
|
|
|
Müsəlman Şərqində ilk demokratik respublikanın elan edilməsinin 100 ilinin 23 ayı müstəqillik, 71 ili istila-fasilə dövrüdür. Vətəni tərk edib mühacirət həyatı yaşayan mücahidlər müstəqilliyin yenidən qələbəsi uğrunda mübarizələrini qətiyyətlə davam etdirmişlər. Mühacirət mətbuatı bu, istila-fasilə dövrünün canlı salnaməsidir. Nəzərdən keçirək.
(Əvvəli ötən şənbə sayımızda)
SALAM SİZƏ
Salam Sizə, ey Azərbaycan Parlamentosu məbusları! Hələlik sizləri salamla qarşılıyor, nasıl təbrik edəcəgimizi sonraya buraxıyoruz. Keçirməkdə olduğumuz bu təhlükəli, böhranlı və məsuliyyətli bir zamanda iş başına çağrıldınız. Millətin müqəd-daratını əllərinizə aldınız, ağır vəzifəhlər dəröhdə etdiniz siz, siz ey Azərbaycan məbusları, istiqlalımızın bünövrəsi hayındası-nız, necə ki, bir imarətin bünövrəsinə qoyulan daşların üstünə yığın-yığın daşlar töküldükdən sonra ancaq o imarət ucaldılıyor, öylə də sizin üstünüzə bir çox ağırlıqlar, daşlar və daha bilməm nələr-nələr töküləcəkdir. Siz özünüz görünməsəniz də ucaldacaq olduğunuz amali-istiqlal sizi göstərəcək, aləmə bildirəcəkdir. “Bünövrə daşları” kibi “zirzəmidə” qalmaq fikrilə işə başlanıl-mazsa, bütün imarət də ucalmaz. Amal arzulara da nail olunmaz.
Millətimizin varlığını, istiqlalını təmin üçün möhtərəm məbuslarımız varlıqlarından keçməyəcəklərinə əlimizdə heç bir dəlilimiz yoxdur. Zatən varlıq gizli qalmaz. Bir zaman gələr ki, özünü göstərər. Möhtərəm nümayəndələrimizi də cənab həqqin tövqifi ilə, işlərindən, fədakarlıqlarından görəcək, tanıyacağız və ancaq o zaman adlarını altun hərflərlə gənc Azərbaycan Cümhuriyyəti tarixinin ilk səhifəhlərinə yazacağız.
Hüseyn Mirzəcamalov
“Azərbaycan”, 7 dekabr 1918, №58
Məclisi-Məbusan güşadını təbrik ediyorum!
Bu gün müstəqil vətənimizin hürr Məclisi-Məbusanı güşad ediliyor. Bu günün biz azəri türkləri tarixində xüsusi bir səhifədə, xüsusi bir yer tutacağı vazehdir.
Yüz sənədən ziyadə istiqlalını yerə gömmüş bir millət, hüquqi-milliyyəsi naminə iza və rəzalətə düçar olmuş bir kütlə, bugün azad nəfəs almağa başlıyor. Yüz sənədən ziyadə mədəniyyəti təqib edilən, varlığı tapdalanan, abadlığı xarabazarlığa mübəddəl edilən azəri türkləri öz “tanrı”sı inayətilə yenidən hürriyət zəmisinə çıxıb mədəniyyət toxumu saçmağa dəvət ediliyor. Yüz sənədən ziyadə milliyəti qaralanan, amalı ürəgi məhbəsində qalan millətimizə özünü göstərməyə müsaidə veriliyor.
Millətimiz özünü göstərəcəkdir!
Millətimiz dünyayı işğal etmiyəcək, başqalarını yıxmağa çalışmayacaq, qonşularına həsəd bəsləməyəcək. Millətimiz mədə-niyyətə, tərəqiyyə, sülhə, müsalimətə başqalarının da azad yaşa-masına bacardığı qədər müavinətdə bulunacaq.
İştə böylə bir millət istiqlaliyyətə layiq və böylə bir millət bu gün dünya üçün timsal deyilmidir, əcəba?
Bunu, bu şüarları biz kürreyi-ərzin bütün gizli bucaqlarına belə bildirməliyiz. Mədəniyyət hamisi Avropadan başlamış tüfəng şaqqırtıları, top gumburtuları, bomba partlayışından da qüvvəli, qan nəhrləri arasından “millətlərə istiqlaliyyət” şüarı doğuran Amerikayadək, Asiya və Afrikayadək işbu şüarlarımızı ərməğan aparmalıyız.
İştə parlamanımız bunu yapacaq. Parlamanımız istiqlaliyyətimizi təsdiq etdirəcək. Parlamanımız bütün varlığımızı, biz azəri türklərinin fəqət sülh və müsalimət tərəfdarı olduğumuzu sübutla müstəqil həyəta yararlı olduğumuzu, qara fikirli timsahlara millətlər əzasilə xoşlanan kabuslara göstərəcək. Göstərəcək də lal olmağa məcbur edəcəkdir!
Parlamanımızın vəzifəsi ağırsa da kirdari genişliyinə itminanımız tamdır. Tanrı müvafiq buyursun.
Tələbə: Ü.Əbdül
- Bu gün Azərbaycan Məclisi-Məbusanı açılması münasibətilə məbuslar ilə və Azərbaycan qardaşlarım təbrik edirəm və bu münasibətlə hədiyyəyi-acizanə olaraq Azərbaycan türk yetimləri nəfinə olmaq üzrə darülyetimə 1000(min) manat ianə veriyor və istiqlalımızın paydar olmasını xəllaqi-alidən istirham edirəm.
Qulaməli Əliəskərzadə
İdarədən: Məzkur məbləğ idarəmizə təhvil verilmişdir.
TƏBRİK
Hacıbəyov qardaşları müdriyyəti və onun təhti-idarəsində olan artistlər dəstəsi cavan parlamanımızın güşadını ən səmimül-qəlb təhniyyət və təbriklə, vətən və millətimizin azad və istiqlalı uğrunda var qüvvəsilə çalışmaqla milli ədəbiyyat, milli mədəniyyət və sənayei-nəfisəmizin azad və sərbəst tərrəqi və inkişafına bir vəsilə olacağına qüvveyi-imanla etiqad ediyor.
- “Azərbaycan” qəzetəsinin zəhmətkeş türk mürəttibləri bu gün cavan məmləkətimizin xəlq nümayəndəligi olan Məclisi-Məbusanımızın güşadını ürəkdən təbrik və təhniyyətlə istiqlali-milliyyəmizin təmini və füqərayi-kasibənin rifah və səadəti uğrunda çalışacağına inanıyoruz.
Yaşasın qəzetə xəlq nümayəndəligi!
Şuşa ali məkatib tələbələri cəmiyyəti Azərbaycan Məclisi-Məbusanının güşadını ən səmimülqəlb təhniyyətlə istiqlal və hürriyyət uğrundaki bütün fəaliyyətində müvəffəqiyyətlər dilər.
Sədr və katib
AZƏRBAYCAN MƏCLİSİ-MƏBUSANI GÜŞADI MÜNASİBƏTİLƏ RƏİS MƏHƏMMƏD ƏMİN BƏY RƏSULZADƏ NAMİNƏ AŞAĞIDAKI TELEQRAFLAR ALINMIŞDIR:
Gəncə: - Bu gün, parlaq tarixi bir gündür. Azərbaycan parlamanı güşad ediliyor. Bən və bütün Gəncə quberniyası əhalisi, bilafərq din və millət, səmimi qəlblə sizi və hamı parlaman əzasını, çoxdan bəslədiyimiz parlaman güşadı münasibətilə təbriklə Allahü-Zülhcəlal həzrətlərinin inayətilə ilə fəaliyyətinizə müvəffəqiyyət diliyoruz.
Qubernator: Vəkilov
lll
Gəncə: - Gəncə bələdiyyəsi bütün əhali təbəqələri ilə bila-fərq din və bənim vasitəmlə Azərbaycan Cümhuriyyətinin birinci parlamınını səmimi qəlblə təbrik etməklə işbu ağır gündə və gələcəkdə Azərbaycanda yaşayan millətlər üçün mədəniyyət yolunda fəaliyyətində müvəffəqiyyət diliyor.
Gəncə bələdiyyə rəisi: Əliəsgər Xasməhəmmədov
lll
Tiflis - İşbu tarixi və təntənəli parlaman güşadı gününü Azərbaycanın Tiflisdəki mürəxxəsligi səmimi-qəlblə təbrik edərək inanıyor ki, vətənə olan doğru hiss və məhəbbətlə vətəni mədəniyyət, tərəqqi və parlaq istiqbala tərəf aparacaqdır.
Faris bəy Vəkilov
lll
Kürdəmirdən - Gənc dövlətimizin istiqlaliyyətini mühafizə etmək arzusunda olan Şamaxı uyezdinin zəhmətkeş kəndliləri əvvəlinci Azərbaycan Məclisi-Məbusanının güşadını təbrik ediyor və Məclisi-Məbusan ilə Azərbaycan dövlətinin, Azərbaycan demokratiyasının ehtiyaclarına əməl edəcəginə ümid bəsləməkdədir.
Cəmaət vəkilləri
lll
Şəki - Yeni dünyaya gəlmiş Azərbaycan Cümhuriyyətinin parlaman güşadı kibi tarixi bu addımını təbrik ediyorum. İşbu addım sevgili vətənimiz və əzimi-islam millətinin istiqbalı rəhnidir, qoy müəzzəm Avropanın fulad (polad) qələmi istiqlalımızı təsdiq etsin.
Bələdiyyə rəisi: Yeluseyski
lll
Şəki - Azərbaycan parlamanının tarixi güşadı gününü Şəki əhalisi təbrik etməklə gələcəkdə xəlq hüquqi yolundakı fəaliyyətində müvəffəqiyyət diliyor. Şəki əhalisi sevgili Azərbay-canın istiqlaliyyəti və hüququ yolunda heç bir müavinətdən çəkinməyəcəkdir.
Qəza qaimməqamı: Rəfibəyov
lll
Qazax - Qazax mütəəllimlərə müavinət cəmiyyəti Azərbaycan Cümhuriyyəti parlamanının güşadını təbriklə inanıyor ki, işbu tarixi gün hamı cavan cümhuriyyətlə parlaman əzasını bir yerə cəm edərək millət və Azərbaycanın istiqlaliyyətini müdafiə təriqinə sövq edəcəkdir. Allah Təala müvəffəq buyursun.
Sədr: Şıxlinski
lll
Qazax - Qazax qəzasının müsəlman əhalisi parlaman güşadını təbrik ediyor. İmperializm yədindən qurtarmış Azərbaycanın üfiqində yeni həyat günəşi doğuyor, işbu günəş gələcək sülh konfransının istiqlalımızı təsdiq edəcəgini göstəriyor. Əhali muxtar xəlq müvərrici-əfkarlığını təbriklə müşəmməs fəaliyyət diliyor. Əhali parlamanın fəaliyyətində heç bir müavinətdən çəkinməyəcəkdir.
Müvəkkil: Firudin Köçərli
lll
Ağdam - Qarəbret əhalisi yeni doğmuş Azərbaycan parlamanını səmimi qəlblə təbrik etməklə öz minhəcc itminan izhar ediyor, gələcək fəaliyyətində parlamana müvəffəqiyyət diliyor.
Müvəkkil: İbrahimov
lll
Ucar: Göyçay qəzasının kənd cəmaatları müvəkkillərinin ümumi iclası Azərbaycan cümhuriyyətinin demokrasi parlamanına öz “səlam”ını göndərməklə gələcək ağır fəaliyyətində müvəffəq olmasını istirham edərək inanıyor ki, bütün dünyaya özünün istiqlaliyyətə layiq və müqəddəratını təminə müqtədir olduğunu göstərəcək və müdafiə edəcəkdir.
Ümumi iclas
lll
Quba: Subub cəmiyyətinin müvəkkili Azərbaycan parlamanı güşadını təbriklə inanıyor ki, parlaman türk millətinin tərəqqisi və qonşular ilə sülh ilə yaşaması yolunda heç iqdamatdan çəkinmiyəcəkdir.
Subub cəmiyyətinin müvəkkili: Soltan Mahmud, Hacı Əbdürrəhim oğlu, Şamil Qurban oğlu
lll
Quba: Qəza idarəsi məmurunu parlaman güşadı ilə ziyadəsincə məmnun olmaqla öz səmimi təbriklərini izhar və parlaman əzasına fəaliyyətlərində qüvvə və kərdar genişligini istirham ediyorlar.
Quba qəza idarəsi məmuruni müvəkkili Quba qəza qaimməqamının baş müavini: Ağakişibəyov
lll
Quba - Azərbaycan parlamanı açılması münasibətilə biz Xuqbalın kəndliləri fəlakətə düçar olmuş kəndlilərin hüququnu mühafizə edəcək tazə məclisimizi təbrik edirik.
Xuqbalı cəmaət vəkilləri: Hacı Puram və Hüseyn Xası oğlu
lll
Quba - Azərbaycan parlamanı açılması münasibətilə biz Palıq kəndliləri fəlakətə məruz olmuş kəndlilərin hüququnu mühafizə edəcək tazə məclisi təbrik edirik.
Palıq cəmaət vəkili: Məhəmməd Oruc oğlu
lll
Quba - Xızı kəndliləri namından çoxdan bəri arzusunda olduğumuz Azərbaycan parlamanının açılmasını ürəkdən təbrik edib öz vətəndaşlıq həqqimizə nail olmağımıza əmin oluruq.
Xızı kəndi cəmaəti vəkilləri: Ruhullah Hacıvəli bəy oğlu və İbrahim bəy Rəcəb bəy oğlu
lll
Quba - Həmsar kənd cəmaəti vəkilləri Azərbaycan parlamanının açılmasını təbriklə Azərbaycan parlamanının türk millətinin dirilməsi və Qafqasiya millətləri ilə mehriban qonşuluq münasibatı vücudə gətirməsindən ötrü heç bir müxalifət qarşısında dayanmayacağına ümidvar olur.
Həmsar kənd cəmaəti vəkilləri: Hacıəli Rzaimamqulu oğlu və Ağası Hacı Osman oğlu
lll
Quba - Suğub kənd cəmaəti vəkilləri Azərbaycan parlamanının açılmasını təbrik edib türk millətinin dirilməsi və Qafqasiya millətləri ilə mehriban qonşuluq münasibatı vücudə gətirməsindən ötrü Azərbaycan parlamanının heç bir məmaniət qarşısında dayanmayacağına ümidvar olurlar.
Suğub kənd cəmaəti vəkilləri: Soltan Mahmud Hacıəbdürrəhim oğlu və Şamil Qurban oğlu
lll
Quba - Dubir kənd cəmaət vəkilləri cəmaət namından birinci Azərbaycan parlamanını təbrik edirlər.
Cəmaət vəkilləri: Həmzə Abdə oğlu və Hacı Hacıbəy Dostu oğlu
lll
Quba - Azərbaycan parlamanının açılmasını təbrik edib cavan Azərbaycan cümhuriyyətinin möhkəmləşıb və nəşvü-nüma etməsi yolunda var qüvvəsilə çalışmağı parlaman nümayəndəligindən gözlüyürük.
Zəvin kənd vəkili: Həsən Bədəl oğlu
lll
Quba - Azərbaycan parlamanının açılması şad xəbərini eşidib səmimi qəlbdən təbrik edirik.
Baxşılı kənd cəmaət vəkili: Əbülfəzl Səfər oğlu
lll
Quba - Miyuğbuc kənd cəmaəti vəkilləri Azərbaycan parlamanının açılmasını təbrik edirlər.
Miyuğbuc kənd vəkilləri: Hacı Murad İsa oğlu və Şükür Musa oğlu
lll
- Keçirdigimiz hadisələr münasibətilə fəlakətə düçar olan Alpan kənd cəmaəti tezliklə qanun və asayiş bərpa ediləcəgi ümidilə Azərbaycanın birinci parlamanını təbrik etməklə şaddır.
Cəmaət vəkilləri: Bəybala bəy Qaibov və Qədir Qurban oğlu
lll
- Azərbaycan parlamanının açılması münasibətilə biz Bostançı cəmaəti vəkilləri fəlakətə düçar olan kəndlilərin hüququnu müdafiə edəcək parlamanımızı təbrik ediriz.
Bostançı cəmaət vəkili: Zal bəy Ədilbəyov
lll
- Azərbaycan parlamanının açılması münasibətilə İqriq kəndliləri fəlakətə düçar olan kəndlilərin hüququnu müdafiə edəcək parlamanımızı təbrik edir.
İqriq kənd cəmaət vəkilləri: Ömər Məsum oğlu və Novruz bəy Hacı bəy oğlu
lll
- Talıblı cəmaətinin vəkilləri Azərbaycan parlamanının açılmasını təbrik edib ümidvar olur ki, Azərbaycan parlamanı türk millətinin dirilməsi və Qafqasiya millətləri ilə mehriban qonşuluq münasibətinin vücudə gətirilməsinə çalışmaqla heç bir məmaniət qarşısında dayanmayacaqdır.
Talıblı cəmaət vəkilləri: Əli Nəriman Hacı Allahverdi oğlu, Əbdül Qəhrəman oğlu və Ağa Əkbər oğlu
lll
- Azərbaycan parlamanının açılmasını təbrik edib kəndlilərin tapdalanmış hüquqlarını müdafiə edəcək parlaman üzvlərinə salam göndəririk.
Pirəbədil kənd cəmaəti vəkilləri: Q. bəy Oruc oğlu və Müzəffər Musabəyov
lll
Quba - Rivek cəmiyyəti vəkilləri Azərbaycan Məclisi-Məbusanının güşadını təbrik ediyorlar. Bununla bərabər türk millətinin çoxalmasına və Qafqasiyada yaşayan qonşu millətlər ilə əlaqəmizin bərpa edilməsi üçün Məclisi-Məbusanımızın heç bir maneə qarşısında durmayacağına inanıyorlar.
Rivek cəmiyyəti vəkilləri: Salman Arzuman oğlu və Məhəmmədrza İsa oğlu
lll
- Mirzəcan kənd cəmaət vəkilləri Azərbaycan Məclisi-Məbusanının güşadını təbrik ediyorlar.
Mirzəcan kənd cəmaəti vəkilləri: Hacı Zülfüqar Molla Şeyx Məhəmməd oğlu və Molla Nurəli Hüseyn oğlu
lll
- Səyad kəndi cəmaət vəkilləri Azərbaycan Məclisi-Məbusanının güşadını təbrik ediyorlar.
Səyad kəndi cəmaət vəkilləri: Həmid Hacı Qurban oğlu və Məhəmməd Sadıq oğlu
lll
- Ləkir kənd cəmaət vəkilləri Azərbaycan parlamanının güşadını təbrik edirlər.
Ləkir kənd cəmaət vəkilləri: Feyzulla Əmirbəyov və S.Səfərov
lll
- Xuc kənd cəmaəti vəkilləri Azərbaycan parlamanının açılmasını təbrik ediyorlar.
Xuc kənd cəmaəti vəkilləri: A.Hacı Mustafa oğlu və Heydər Əhməd oğlu
lll
- Bizi vəkil edən Sadan cəmaəti tərəfindən Azərbaycanın birinci parlamanını ürəkdən təbrik edirik.
Sadan cəmaəti vəkilləri: Behbud Əhməd oğlu və Səttar Eldar oğlu
lll
- Cəmaətin vəkalətilə birinci Azərbaycan parlamanını təbrik edib parlamanda olan möhtərəm üzvlərə salam göndəririk.
Yukın Əzir kənd cəmaət vəkilləri: Çərkəs Şahbaz oğlu və Süleyman Mustafa oğlu
lll
- Azərbaycanın birinci parlamanının açılmasını ürəkdən təbrik edirik.
Zərgərli kənd cəmaət vəkili: Abbas Zal oğlu
lll
Quba həbsxanə məmurları Azərbaycan parlamanının açılmasını təbrik edib Azərbaycanın daimi surətdə davamını arzu edirlər.
Həbsxanə müdiri: Şəfibəyov
lll
Quba - Bugünki gündə hüquqi-milliyyə və miryəmizə malik olacağımıza bir vasitə olan və çoxdan bəri həsrətlə gözlədigimiz Azərbaycan parlamanının açılmasını Birəl kənd cəmiyyəti tərəfindən səmimi qəlblə təbrik ediyoruz.
Birəl kənd cəmiyyəti tərəfindən: Səfər bəy Əli oğlu və Zeynal Özbəy oğlu
lll
Quba - Bu gün kəndliləri hərcü-mərc və nizamsızlıqlardan mühafizə edəcək olan Məclisi-Məbusan açılıyor. Böylə tarixi bir günlə müsəvvər olaraq hörmətli əzalarına salam göndəriyoruz.
Həbib kənd cəmaəti vəkilləri: Qalabəy Ağababa oğlu və Sədullah Məhəmmədkərim oğlu
lll
Quba - Bugünki gündə milli hüquqi-milliyyə və miryəmizi təmin edəcək bir vasitə olan və çoxdan bəri həsrətlə gözlədigimiz Azərbaycan Məclisi-Məbusanın açılmasını səmimi qəlbdən Böyük Zixur kənd cəmaəti namından təbrik ediyoruz.
Böyük Zixur kənd vəkilləri: Qəhrəman Yüzbəyoğlu və Qaraxan Qədəşoğlu
lll
Quba - Hacıxur kənd cəmaəti namından çoxdan bəri gözlədigimiz Məclisi-Məbusan açılmasını səmimi qəlbdən təbrik edər və bununla milli hüquqa vasil olacağımıza inanıyoruz.
Hacıxur cəmaət vəkilləri: Məhəmmədağa Azayoğlu və Yusif İsmayıl oğlu
lll
Quba - Açıldığı günündən vətəndaşlıq hüququna irəcəgimizə etimad bəslədigimiz Məclisi-Məbusan güşadını Həsənqələ kənd cəmiyyəti namından səmimi qəlblə təbrik ediyoruz.
Həsənqələ kənd cəmiyyəti vəkilləri: Eyvaz bəy Musa bəy oğlu və Gülməhəmməd Samay bəy oğlu
lll
Quba - Hərcü-mərc və nizamsızlıqdan kəndliləri mühafizə edəcək Azərbaycan Məclisi-Məbusanı güşad ediliyor. Bugünki günlə məsrur olaraq hörmətli əzalarına salam göndəriyoruz.
Güzkənd cəmaət vəkilləri: Rəşid Mustafa oğlu və Fərman Seyidəli oğlu
lll
Quba - Hərcü-mərc və nizamsızlıqdan kəndliləri himayə və mühafizə edəcək Azərbaycan Məclisi-Məbusanı güşad ediliyor. Bugünki günlə məsrur olaraq hörmətli və möhtərəm əzalarına salam göndəriyoruz.
Ulukənd cəmaət vəkilləri: Yusif Qoca oğlu və Rza Məhəmmədəli oğlu
lll
Quba - Yasab kənd cəmiyyəti vəkilləri Azərbaycan parlamanını təbrik edirlər.
Yasab kənd cəmaəti vəkilləri: Hacıhidayət Ağaəli oğlu və Cahangir Mürsəl oğlu
lll
Quba - Bu gün kəndliləri hərcü-mərclikdən mühafizə edəcək parlaman açılır. Bu tarixi günə şad olub parlamanın möhtərəm əzalarına salam göndəririk.
Avarankənd cəmaəti vəkilləri: Molla Kamal Məhəmməd oğlu və Yunus bəy Səfər oğlu
lll
Quba - Çoxdan bəri gözlədigimiz arzu bu gün vücuda gəldi. Cavan Azərbaycan parlamanının açılmasını təbrik edib özümüzü xoşbəxt hesab etməklə bərabər ümidvar oluruq ki, bizim sevgili parlamanımız məqsədə çatmağımız üçün bizim qanuni hüquqlarımızın müdafiəsi yolunda heç bir məmaniət qarşısında dayanmayacaqdır. Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan parlamanı!
Tuğədən kənd cəmaəti vəkilləri: Müslim Hənifəyev, Nuhbala Faydanov, Mustafa Xələf oğlu və Atabala Qədir oğlu
lll
Quba - Üçgün kənd cəmaəti vəkilləri Azərbaycan parlamanının açılmasını təbrik edirlər.
Kənd cəmaəti vəkilləri: Baqi Bağırov və A.Səfixan oğlu
lll
Quba - Qusar meşə məmurları vətənin tərəqqisi, hürriyyəti və istiqlaliyyəti rəhni olan Azərbaycan parlamanını təbrik edirlər.
Vəkillər: Yusifov və Orucov
lll
Quba - Zizik kənd cəmaət vəkilləri Azərbaycan parlamanının açılmasını təbrik edirlər.
Zizik kənd cəmaət vəkilləri: Muxtar Vəli oğlu və A.Abbasəli oğlu
lll
Quba uyezdinin nahaq yerə mütəzərrər olan kəndliləri Azərbaycan parlamanının açıldığı günü bayram edib parlaman üzvlərinə səmimanə salam yetirirlər. Bu müəssisənin açılması ilə öz hüquqlarının özlərinə qaytarılacağına ümidvar olurlar.
Xudat cəmaət vəkilləri: Heybət Mahmud oğlu və Şəmsəddin Yusif oğlu
lll
Quba - Azərbaycan parlamanının açılmasını təbrik edib kəndlilərin tapdalanmış hüquqlarını müdafiə edəcək parlaman üzvlərinə salam göndəririk.
Köhnə Xudat cəmaət vəkilləri: Mahmud əfəndi Hacıabdullah əfəndi oğlu və Knyaz bəy Xeyir bəy oğlu
lll
Quba - Azərbaycan parlamanının açılmasını təbrik etməgə vəkil olunub kəndlilərin tapdalanmış hüquqlarını müdafiə edəcək parlaman üzvlərinə salam göndəririk.
Xuran cəmaət vəkilləri: Məhəmməd İlğı bəy oğlu və Nurullah Oruc oğlu
lll
Quba - Bu gün Azərbaycan kəndliləri parlamanın açılması ilə öz həqlərinə nail oluyorlar. Azərbaycan parlamanının açılmasını ürəkdən təbrik edirik.
Çarıx cəmaət vəkilləri: Məşhədi Kərim Xıdır oğlu və Kərbəlayi Cəfər Manaf oğlu
lll
Azərbaycanın birinci parlamanını təbrik edib müsəlmanların xeyrini mühafizə edəcəginə ümidvar oluruq.
Sizan kənd cəmaət vəkilləri: Xəlil Fərzəli oğlu və Daşdəmir Dəmir oğlu
lll
Azərbaycan parlamanının açılmasını eşidib birinci parla-manımızı ürəkdən təbrik edrik. Yaşasın Azərbaycan!
Fəndiqan cəmaət vəkilləri: Fətullah Nəsrullah oğlu və Mirbəy Zakir oğlu
lll
Azərbaycanın birinci parlamanını ürəkdən təbrik etməklə kəndimizi bəxtiyar ədd edib Allahın inayəti ilə məmləkətdə sülh və səlah bərpa ediləcəginə ümidvar oluruq.
Əlixanlı kənd cəmaət vəkilləri: Hüseynağa Hüseyn oğlu və Taacəddin Xeyri oğlu
lll
Gil cəmaəti vətəndaşları Azərbaycan parlamanını ürəkdən təbrik edirlər.
Gil cəmaət vəkilləri: Zəki Babaxan oğlu və Soltan Əhməd Rəməzan oğlu
lll
Qafqaz mütəəllimlərinin mərkəzi komitəsi “Bakı və dairəsi islam mütəəlimlərinin ittifaqı” səmimi qəlblə gənc Azərbaycan Cümhuriyyəti parlamanı güşadını təbriklə əsrlərdən bəri bəslədigi amalına irişməsinə müvəffəqiyyət diliyoruz. Biz mütəəllimlər vargənç qüvvələrimizi vətənimizin tərəqqi və hürriyyəti məbədi ədd etdigimiz parlamanımıza təqdim ediyoruz.
Bakı ittifaqi-mütəəllimin sədri: Teymur Aslanov
Mərkəzi Komitəsi tərəfindən: Cəfər Cabbarzadə
lll
Əmirhacıyandan
Əmirhacıyan kənd cəmaəti Azərbaycanın birinci parlamanını təbrik edib türk millətinin daimi surətdə nəşvü nüma tapmasına və Qafqaz millətləri ilə mehriban qonşuluq münasibati bərpa ediləcəginə ümidvar olur.
Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan parlamanı!
Əmirhacıyan kənd cəmaəti vəkilləri:
Ağa Bünyadov, Məhəmməd Hüseyn Dadaşov, Malik Rəhimov
lll
Qeyri-müsəlman vətəndaşların təbrikləri
Gəncə. Azərbaycan parlamanının açılmasını təbriklə cavan cümhuriyyətin ümum vətəndaşlarının hürriyyətini təmin edəcək dövlət əsasları quruluşu işlərində böyük müvəffəqiyyətlər diləriz.
Gəncə quberniyası almanlarının təşkilatı
lll
Quba. Parlaman güşadını səmimi qəlbdən təbrik və təhniyyətlə təvəqqe edəriz bizim təşəkkürümüzü bir ovuc erməniləri milli ədavətdən mühafizə və müdafiə etmiş olan Azərbaycan hökümətinə yetirəsiniz.
Kilvar kənd cəmiyyəti nümayəndələri: Cavad Apresov, Avans Bugilyov, Qriqor Kazaryans
lll
Quba. Qusar qəsəbəsinin rus əhalisi Azərbaycan Cümhu-riyyətinin yeni müəssisəsini təbriklə əmin oluyor ki, ümumcüm-huriyyət vətəndaşlarının sərvət mənbəi olan həyat və zəhməti-cümhuriyyət eşqinə asayiş və mənfəətlə təbəyan edəcəkdir və xəlq mədəniyyəti mənbəi olan parlaman cavan Azərbaycan cümhuriyyətini lazım gələn dərəcəyə yüksəldərək onu böyük Avropa cümhuriyyətləri sırasına qoyacaqdır.
Rus əhalisi vəkilləri: Dumburovski, Çikovani, Konovalov, Solovyov
lll
Quba. Azərbaycan Cümhuriyyəti üfüqündə tülu etmiş olan günəşin həyatbəxş hərarətilə isinmiş və məsrur olmuş olan biz Quba yəhudiləri parlaman güşadı bayramanı təbrik və təhniyyət edəriz. Ümidvar oluyoruz ki, cəmaətin etimadına məzhər olan xəlq nümayəndələri nur və ədalətə doğru getdikləri yollarında təsadüf oluna biləcək ümum maneələri dəf edə biləcəklər və bu nur yəhudi cəmaətini də işıqlandıracaqdır.
Quba yəhudi cəmiyyəti vəkilləri
lll
Şəki. Erməni milli komitəsi Azərbaycan parlamanının güşa-dını təbrik və təhniyyətlə, ümidvar oluyor ki, xəlq nümayəndəligi dəvətilə iki qonşu millətin ittifaq və müvafiqətlə yaşaması ideyası felən hasil olacaqdır. Komitə inanıyor ki, Azərbaycan millətlərinin səadəti ermənilər ilə müsəlmanların doğma qardaş kibi mehriban yaşamalarındadır. Bir-birimizə qarşı ədavət və nəzain aşkar mənasız olduğunu anlayaraq artıq əl-ələ verib millətlərin kəndi müqəddəratının kəndi əllərinə verilməsi əsası üzərinə cavan Azərbaycanın dövlət ümuratını təmir etməlidirlər.
Şəki erməni milli komitəsi sədri:
Tumanyans
“Azərbaycan”, 7 dekabr 1918, №58
(Ardı var)