ABŞ-ın “Merriam-Webster” lüğətinin mütəxəssisləri “ədalət” (justice) sözünü 2018-ci ilin sözü seçib.
Trend-in məlumatına görə, lüğətin yaydığı bəyanatda qeyd olunur ki, il ərzində saytda ən çox axtarışa verilən söz məhz ədalət sözü olub.
Buna səbəb kimi, ABŞ-da il ərzində məhkəmə orqanları ilə bağlı müzakirələrin davam etməsi göstərilib.
Qeyd edək ki, Böyük Britaniyanın Oksford lüğəti isə 2018-ci ilin sözü kimi “zəhərli” (toxic) sözünü seçib.