https://525.az/img/pics/medium/2024-03/308264_kym7092gvt.jpg “525-ci qəzet”in 29 mart sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2023-12/296969_e268vukrxl.jpg Böyük Qayıdış: uğurla gerçəkləşən taleyüklü proqram
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2023-09/284652_pdttwsp03a.jpg "Sıfırı yeddinin yanından silin..." - Lətif Şüküroğlu yazır
search
28 Mart 2024

Şəhidin 7 yaşlı oğlu ABŞ-da çempion oldu

Şəhidin 7 yaşlı oğlu ABŞ-da çempion oldu

Amerikada azyaşlılar arasında keçirilən döyüş növlü grappling yarışı üzrə birincilikdə Nəimi Elşad oğlu Quliyev finalda qələbə qazanıb.

Bu barədə məlumatı və fotoları Amerikadakı diasporumuzla əlaqəli işləyən jurnalistlər Gəncədəki həmkarları ilə bölüşüblər.

Onların bildirdiyinə görə, 7 yaşlı pəhləvan qələbəsini atasının ad gününə hədiyyə edib. Kiçik çempion 19 dekabr 1972- ci ildə Zəngilan rayonunda anadan olan, 2012-ci il aprelin 6-da  DTX-nin Gəncədə terror törətməyə hazırlaşan silahlı qruplaşmaya qarşı keçirilən əməliyyat zamanı qəhrəmancasına həlak olan MTN-in xüsusi təyinatlı dəstəsinin hərbçisi, polkovnik-leytenant Elşad Vəli oğlu Quliyevin oğludur.

Elşad Quliyev Qarabağ müharibəsi zamanı torpaqlarımızın müdafiəsində də fəal iştirak etmişdi. O, 2005-ci ildə "İgidliyə görə", 2006-cı ildə "Qüsursuz xidmətə görə", 2009-cu ildə "Vətən uğrunda" medalları ilə, ölümündən sonra isə "Azərbaycan Bayrağı Ordeni" ilə təltif olunub.

Onu da qeyd edək ki,  "Grappling" özündə bir çox əlbəyaxa idman döyüş növü fəndlərini birləşdirir  və o, yaponların "ciu-citsu" döyüş növünün bir növ, modernləşdirilmiş formasıdır.

Zakir Muradov
Gəncə

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.