https://525.az/img/pics/medium/2024-04/310307_ikq16fbueg.jpg “525-ci qəzet”in 17 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/310206_nzabxr6ypc.jpg İgid Kəngərli süvarisi Kərim ağa Şahtaxtinski
https://525.az/img/pics/medium/2023-10/288649_kygy3lxeql.jpg Qəfil yada düşənlər - Aydın Tağıyev yazır
https://525.az/img/pics/medium/2024-04/310290_6v4mu9weea.jpeg Xalq yazıçısı Anarla Sabirabadda görüş
search
16 Aprel 2024

Agentlik: "İdman zallarında dopinq qanunsuz olaraq satılır"

Agentlik: "İdman zallarında dopinq qanunsuz olaraq satılır"

Dopinq təkcə idmanda deyil, cəmiyyətdə də böyük problemə çevrilib.

Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Antidopinq Agentliyinin direktoru Şəfəq Hüseynli bu gün keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, idman zallarında dopinq qanunsuz olaraq satılır: “Təsəvvür edin ki, xərçəng və digər xəstəliklər üçün istifadə olunan dərmanları yeniyetmələrə, gənclərə satırlar. Bu, tamamilə qanunsuzdur”.

Direktor əlavə edib ki, bu hala qarşı agentlik tərəfindən ciddi tədbirlər görülür.

Ş.Hüseynli hər kəsi bununla bağlı diqqətli olmağa, o cümlədən mətbuatı təbliğat işləri aparmağa çağırıb. O bildirib ki, dopinq insan sağlamlığı üçün ciddi ziyan törədir.

Agentlik direktoru vurğulayıb ki, bəzi federasiyalar, idmançılar və məşqçilər antidopinq qaydalarının pozulması ilə bağlı korrupsiya xarakterli təkliflər verirlər. O qeyd edib ki, agentlik şəffaf şəkildə fəaliyyət göstərir: “Biz fəaliyyətə başladığımız zaman bildirmişdik ki, agentlik şəffaf şəkildə işləyəcək. Agentlik qəti olararaq bu cür təkliflərə etiraz edir”.

Ş.Hüseynli bəyan edib ki, bu cür təkliflər irəli sürən istər federasiyalara, istər məşqçilərə, istərsı də idmançılara qarşı sanksiyalar tətbiq ediləcək.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.