|
|
|
|
Türkmənistandan Özbəkistana gələn yük qatarının vaqonlarından birində partlayıcı qurğu aşkar edilib.
Trend-in məlumatına görə, Özbəkistan Dövlət Gömrük Komitəsinin əməkdaşları vaqonlardan birində 200 qramlıq trotil şaşkası və onu işə salmaq üçün 1 ədəd elektrodetonator aşkar ediblər.
Hüquq-mühafizə orqanları tərəfindən cinayət işi açılıb, istintaq davam edir.