https://525.az/img/pics/medium/2024-03/308267_f619kgr6f3.jpg Doğma Dərələyəz
https://525.az/img/pics/medium/2023-12/297354_8fkpzc5rao.jpg Şeytana qarşı - Əlisəfdər Hüseynov (I yazı)
https://525.az/img/pics/medium/2024-03/308277_bixbhlvc2s.jpg Jurnalistika - "tələsik yaradılan ədəbiyyat" - Gülay Tahirli yazır
https://525.az/img/pics/medium/2024-02/303253_0421emrqww.jpg Nəsillər arasındakı anlaşılmazlıq: təkrarlanan "çatlar"
search
29 Mart 2024

Kamran Ağayev: “Rusiyaya uduzmağa getmirik”

Kamran Ağayev: “Rusiyaya uduzmağa getmirik”

Azərbaycan milli komandanın qapıçısı Kamran Ağayev oktyabrın 16-da Rusiyaya qarşı keçiricəkləri DÇ-2014-ün seçmə mərhələsinin oyunu ilə bağlı Qol.Az saytının suallarını cavablandırıb

- Qarşıda sizi Rusiya millisiylə səfər matçı gözləyir. Bu qaşılaşma haqda nə düşünürsən?

- Rusiya çox güclüdür. Xüsusilə də doğma meydanda. Lakin bu o demək deyil ki, səfərə məğlub olmağa gedəcəyik. Biz ruslarla oyuna nəticə qazanmaq üçün yollanacağıq, uduzmağa yox.

- Moskvadakı görüşdən nə gözləyirsən?

- Hər şey özümüzdən asılı olacaq. Biz səfərdə əsl xarakter nümayiş etdirməliyik. Biz də özümüzə görə bir komandayıq. Əgər qələbə qazanmaq istəyiriksə, meydanda əlimizdən gələni etməliyik.

- Yəqin ki, bir xal bizim üçün yaxşı nəticə hesab olunacaq.

-  Səfər matçlarında qazanılan bir xal böyük şeydir. Əgər evdə oynasaydıq, yalnız qələbəni düşünərdik. Düzdü, səfərə də üç xal üçün gedəcəyik. Ancaq hər şeyə real baxmaq lazımdır. Əsas məslə məğlub olmamaqdır.

- Amma Rusiyada hesab edirlər ki, millimizə asanlıqla qalib gələcəklər.

- Biz rusların nə dediyini deyil, öz oyunumuzu fikirləşməliyik. Necə olacağını meydanda görəcəyik. Lakin mən bildiyim qədər onlar artıq Azərbaycanın futbolda yaxşı inkişaf etdiyindən xəbərdardılar. Əvvəllər isə belə deyildi. Bizim adımızı eşidən komanda asan qələbə qazanacaqlarını söyləyirdilər. Məncə, onlar bizi qiymətləndirirlər.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.