https://525.az/img/pics/medium/2021-10/205780_qmhg2lohsg.jpg FİFA-nın ikiüzlülüyü - Sosial şəbəkədə yazılanlar
https://525.az/img/pics/medium/2024-04/310613_3txrqbjb33.jpg Peşəsinə vurğun
https://525.az/img/pics/medium/2024-04/310546_lmh1mc5acl.jpg Anardan Nəsiman Yaqublunun araşdırmalarına diqqət və təqdir
https://525.az/img/pics/medium/2024-04/310594_opjniwvfxv.jpeg I Gənc mədəniyyət müxbirləri məktəbinə start verilib
search
19 Aprel 2024
18 Aprel 2024

“Judo Club-2012” nailiiyyətlərini artırır

“Judo Club-2012” nailiiyyətlərini artırır

Yanvarın 8-dən 11-dək Bakıda "Sərhədçi" Olimpiya İdman Kompleksində keçirilmiş yeniyetmə (2002-2004-cü il təvəllüdlü) cüdoçular arasında respublika  birinciliyi  “Judo Club-2012” idman klubu üçün uğurlu nətcələrlə yekunlaşıb.

Medallar uğrunda  80 klubu təmsil edən 612 cüdoçunun mübarizə apardığı yarışda  “Judo Club-2012”-nin  yetirmələri 3 qızıl 3 bürünc medal qazanmağa nail olublar. Komanda hesabında isə klub ikinci yeri tutub.

Birinciliyin qızıl medalarını kluba Nicat Məmmədli  (-55 kq),  Hüseyn Məmmədov (+100) və Zeynəb Məmmədova (-52 kq), bürünc müdalları isə Məmmədrza Hacızadə  (-55 kq), Məhəmməd Əhmədov  (-81kq) və  Aysu Rəhimova (-57 kq) gətiriblər. 

Klubun icraçı direktoru,  əməkdar məşqçi  Hafis Hacıyev bu  barədə məlumat verərkən bildirib ki, əldə olunmuş nailiyyəti klubun rəhbərliyinin məşqçilərə və idmançılara göstərdiyi diqqət və qayğının, onlar üçün yaradılmış şəraitin nəticəsi kimi dəyərləndirib.

Xatırladaq ki, “Judo Club 2012”  21 yaşadək olan gənclər (U-21) arasında cüdo üzrə  ənənəvi  “Raquf Orucov Kuboku” beynəlxalq komanda turnirinin təşkilatçısıdır. Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə qəhrəmancaına həlak olmuş əfsanəfi kəşfiyyatçı Raquf Orucovun və onun şəhid silahdaşlarının xatirəsinə həsr edilən turnir bu il  üçüncü dəfə keçiriləcəkdir.  Artıq turnirə hazırlıq işlərinə başlanılıb.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.