|
|
|
|
Türkiyə və Azərbaycan liderlərinin səyləri nəticəsində Ankara ilə Bakı arasındakı münasibətlər yüksələn xətt üzrə inkişaf edir.
Trend-in məlumatına görə, bunu Türkiyə prezidentinin köməkçisi Yalçın Topçu deyib.
Onun sözlərinə görə, ən çətin vaxtlarda Azərbaycan və Türkiyə bir-birini dəstəkləyib:
“Türkiyə ilə Azərbaycanın münasibətləri əvvəlki kimi bütün istiqamətlərdə inkişaf edəcək”.
Y.Topçu əlavə edib ki, ölkələr təhsil sahəsində də fəal əməkdaşlıq edir və Türkiyədə 20 min azərbaycanlı, Azərbaycanda isə 4 min türkiyəli tələbə təhsil alır.