Bakıdan çıxıb Hacıqabula çatanda İran radiolarının dalğaları bizim radioları üstələyir. Ağsu aşırımında erməni radiosunun dalğaları eşidilir, Gəncəni keçən kimi Gürcüstanın radio dalğaları hakimdir.
Trend-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov deyib.
Millət vəkili qeyd edib ki, bununla bağlı qanunvericiliyə edilən dəyişiklik vacibdir:
"Hər bir ölkənin quru sərhədi olduğu kimi, informasiya məkanının da sərhədi var. Ölkəmizin gələcəyi naminə hər iki sərhədimizi qorumalıyıq.
Hesab edirəm ki, bununla bağlı müvafiq qurumlar qarşısında məsələ qaldırmalıyıq”.