https://525.az/img/pics/medium/2022-11/246659_5sdxtromrh.jpg Millətə xidmətin dəyərli nümunəsi: Abdulla Şaiqin "Türk çələngi"
https://525.az/img/pics/medium/2024-04/310544_k4ade02sjo.jpg Estetik əməliyyatlara maraq niyə artır?
https://525.az/img/pics/medium/2024-04/310611_o7476wf05i.jpg “O şəxslər himayədar ailə ola bilməzlər ki...”
https://525.az/img/pics/medium/2024-04/310612_wmh02p1qw2.jpg Göydəki kişi bilər, ona min şükür...
search
19 Aprel 2024

Avropa Gənclər Olimpiya Festivalı “Bakı 2019”un talismanları təqdim edildi

Avropa Gənclər Olimpiya Festivalı “Bakı 2019”un talismanları təqdim edildi

Bakıda iyulun 21-27-də keçiriləcək XV Yay Avropa Gənclər Olimpiya Festivalının rəsmi talismanları təqdim edilib.

Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, Avropa Gənclər Olimpiya Festivalı “Bakı 2019” Əməliyyatlar Komitəsi cırtdan və bəbiri bu tədbirin rəsmi talismanları kimi təqdim edib.

Azərbaycan dilindən tərcümədə “kiçicik” mənası daşıyan balaca oğlan cırtdan uşaqların ən populyar nağıl personajıdır. Həmyaşıd olan digər uşaqlardan balaca olmağına baxmayaraq, cırtdan öz cəsarətindən və zəkasından ilhamlanır. O, güclü milli özünəməxsusluğu, dərrakəsi, hazırcavablığı, mübarizliyi və digərlərə rəğbəti ilə seçilir. Nağılların birində cırtdan divin başını qataraq, özünü və dostlarını xilas edir. O göstərir ki, gənc və balaca olmasına baxmayaraq, qorxmaz qəhrəman ola bilər.

Qafqaz bəbiri isə Azərbaycanın füsunkar təbiətinin zənginliyini təşviq edəcək. Qafqaz bəbiri Azərbaycan faunasında ən yaxşı tanınan və haqqında geniş məlumat olan heyvan növlərindən biridir. Azərbaycan mifologiyasında bəbirin şəklinə tez-tez rast gəlmək olar. Bu heyvan təbii gözəllik, güc, qorxmazlıq və sürət rəmzidir. Keçmişdə Qafqazda geniş yayılmış bəbir hazırda yoxa çıxmaq üzrədir və Azərbaycanda, eləcə də regionda qorunan ən prioritet cinslərdən birinə çevrilib. Dünya Vəhşi Təbiət Fondunun məlumatına görə, Azərbaycanda Qafqaz bəbirinin sayı 15-dən də aşağı düşüb. 2014-cü ildə Azərbaycanın İDEA (Ətraf Mühit naminə Beynəlxalq Dialoq) İctimai Birliyi və bəbirlərin qorunması ilə məşğul olan “Pantera” adlı dünyanın aparıcı təşkilatı arasında gələcək əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memoranduma əsasən, Azərbaycanda bəbirlərin yaşayış şəraitlərinin qiymətləndirilməsi və gələcək nəsillər üçün bu heyvanların qorunması məqsədilə xüsusi monitorinq proqramı tərtib edilib.

Azərbaycan təbiətinin və mədəni irsinin rəmzləri kimi, Avropa Gənclər Olimpiya Festivalının rəsmi talismanları cırtdan və bəbir gözəl ölkəmizin şanlı tarixini və zəngin ənənələrini əks etdirir. Onların hər ikisi 25 illik ənənəsi olan yüksək səviyyəli çox idman növlü Avropa Gənclərinin tədbiri zamanı zirvələrə doğru hazır olacaqlar. Avropa Gənclər Olimpiya Festivalı “Bakı 2019”un rəsmi şüarı sayılan “Zirvələrə Hazırıq” sözləri bu yay Bakıda beynəlxalq arenada ilk addımlarını atacaq sabahın parlaq idman ulduzlarını hər kəsə tanıdacaq.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.