https://525.az/img/pics/medium/2024-04/310546_lmh1mc5acl.jpg Anardan Nəsiman Yaqublunun araşdırmalarına diqqət və təqdir
https://525.az/img/pics/medium/2024-04/310594_opjniwvfxv.jpeg I Gənc mədəniyyət müxbirləri məktəbinə start verilib
https://525.az/img/pics/medium/2024-04/310578_my8e7ua1yj.jpg “525-ci qəzet”in 19 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/310396_jz446ev36m.jpg Naxçıvanın elmi, ədəbi və mədəni mühiti: aktuallığını itirməyən tədqiqat obyekti
search
19 Aprel 2024
18 Aprel 2024

"Qobu park"da idman klubu açıldı

"Qobu park"da idman klubu açıldı

Fevralın 21-də Heydər Əliyev Fondunun təşəbbüsü Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış "Qobu Park" yaşayış kompleksində idman klubunun açılış mərasimi keçirilib.

Tədbirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov, Milli Məclisin üzvü, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev, tanınmış idmançılar və KİV nümayəndələri iştirak ediblər.

Deputat A.Əliyev çıxışında qeyd edib ki, ölkəmizdə uğurla həyata keçirilən idman siyasəti gənc nəslin hərtərəfli inkişafına, sağlamlığının möhkəmləndirilməsinə, əməyə və vətənin müdafiəsinə hazırlanmasına, həmçinin, asudə vaxtlarının səmərəli təşkilinə yönəlib: "Məcburi köçkünlərin yaşadığı qəsəbədə idman klubunun açılması dövlət siyasətinin tələblərinə uyğundur və burada böyüyən uşaqların, yeniyetmələrin fiziki və mənəvi tərbiyəsində mühüm rol oynayacaq".

Komitə sədrinin müavini F.Hüseynov isə çıxışında məcburi köçkünlərlə işin təkmilləşdirilməsi, onların yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin edilməsi ilə bağlı dövlət başçısının tapşırıqlarının icra edildiyini, yeni salınmış qəsəbələrdə infrastrukturun sakinlərin maraq və tələbatına uyğun olaraq genişləndirilməsinə diqqət yetirildiyini qeyd edib.

"Ağ canavar" adlandırılan klubun rəhbəri "Qobu Park"ın sakini, Füzuli rayonundan məcburi köçkün Asəf Quliyevdir. Onun oğlu 13 yaşlı Amil həmyaşıdları arasında kikboksinq üzrə dəfələrlə ölkə, qitə və dünya çempionu olub.

Bütün zəruri avadanlıq və məşq şəraiti ilə təchiz edilmiş idman klubunda kikboksinqlə yanaşı, digər əlbəyaxa döyüş növləri, həmçinin, cüdo üzrə bölmələr fəaliyyət göstərəcək. Burada hələlik 8 məşqçi-müəllim çalışacaq. Klubda eyni vaxtda 30 nəfərin məşq etməsi mümkündür. Artıq bölmələrə yazılmaq üçün 50 nəfərdən çox yeniyetmə və gənc müraciət edib.

C.ABASOV

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.