Azərbaycanda meteorologiya sahəsində təhsil alan gənc mütəxəssislərə ehtiyac var.
Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.
Onun sözlərinə görə, bu gün hidrometeoroloji xidmətdə müasir texnologiyaların tətbiqi istiqamətində işlər aparılır:
"Lakin meteorologiya sahəsində gənc mütəxəssislərə ehtiyac var. Ona görə də gəncləri bu sahəyə maraq göstərməyə çağırırıq və onları bizim hidrometeoroloqlar arasında görmək istərdik".