Fuad Axundov marksizmin banisinin fikrini xatırladı! Qadının iştirakı olmadan heç bir dəyişiklik, heç bir inqilab mümkün deyil! Qadın əli, qadın barmağı... qadından bir damla olmasa...
***
Elə ciddi-ciddi özlərini jurnalist kimi təqdim edirlər ki!.. Saytın adını da 5 dəfə deyir, heç qulağa yaxın gəlmir! - tozqoparan.com, haykuysalaq.de, osehvyolda.ru, bashdaaqil.net, beleleriaz.az
***
Cümlə yaza bilməyənlər serial ssenarisi yazır! Ona görə bərbad haldadır seriallarımız...
***
Sevirəm dilləşən, üsyankar, barışmaz gəncləri! Hamısını ram edirəm sonra!!! Mənim gücüm çatmayanı da zaman ram edir!
***
Türkiyədə siqaret yasağından əvvəl İstanbula gələn ingilis şərqşünas elə Hava alanındaca “Siqaret çəkmək olmaz” yazısının yanında dayanıb siqaret çəkən türkləri görəndə təəccüblənmiş, həm də sevinmiş və özü də onlara qoşulmuşdu: “Ömrüm boyu arzulamışdım ki, yasaq olunan yerdə dayanıb siqaret çəkəm! İstanbulda bu arzuma da çatdım!”
***
Topaz-ın tərifi: Hər səhər ümid, hər axşam məyusluq!
***
Kəndli qadın deyir, bala, nolar neçə dil biləndə, bir bizim dilimizi də anlayın, dərdimizi dinləyin, ağrımızı hiss edin!
YAZININ TAM VERSİYASINI "525-ci QƏZET"in 20 MART - BAYRAM NÖMRƏSİNDƏ OXUYA BİLƏRSİNİZ